“Qarabağ” oktyabrın 4-də Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində “Arsenal”ı qəbul edəcək. Olimpiya Stadionunda keçiriləcək matçın biletləri bu gündən etibarən satışa çıxarılacaq. Biletlərin qiyməti 2, 5, 15, 20 və 50 manatdı. Azarkeşlər biletləri iTicket.az saytından, eləcə də "Qarabağ"ın Park Bulvardakı "fan-şop"undan, "iTicket"in kassalarından, Sumqayıtdakı "ASAN Xidmət"dən, "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindən əldə edə bilər. Qeyd edək ki, stadionun qapıları oyunun startından 3 saat öncə açılacaq.