Alesio yığmanın heyətini açıqladı
Vitali Borisov futzalı mini-futbola dəyişdi
Xəbər verdiyimiz kimi, futzal millimiz sentyabrın 23-də Bakı İdman Sarayında Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək. Joze Alesio da Silvanın komandası saat 16.00-da start götürəcək qarşılaşmanın hazırlığına bu gündən start verib. Millinin heyətinə 13 futzalçı dəvət olunub. Onlardan 9-u “Araz”ın, 4-ü “Ekol”un üzvləridi. Əslən azərbaycanlı olan, ancaq Rusiya futzalının yetirmələri sayılan, yayda “Araz”ın sıralarına qoşulan Emin Mikayılov və Adəm Həbibov, həmçinin böyük futboldan tanıdığımız Kənan Manafov millinin debütantlarıdı.
Qapıçılar - Rövşən Hüseynli (Araz), Emin Kürdov (Ekol); sahə oyunçuları - Xətai Bağırov, Rizvan Fərzəliyev, Nihad İsmayılov, Ramiz Çovdarov, İsa Atayev, Emin Mikayılov, Adəm Həbibov, Kənan Manafov (hamısı “Araz”), Namiq Məmmədkərimov, Samir Həmzəyev, Fərid Atakişiyev (hamısı “Ekol”).
Bir məqama toxunaq. Alesionun “Neftçi”dən Vitali Borisovu və klubsuz Seymur Məmmədovu siyahıya salacağı gözlənilsə də, bu gerçəkləşmədi. Səbəbi ilgincdi. Əldə etdiyimiz bilgiyə görə, hər ikisi braziliyalı mütəxəssisə mini-futbol yığmasında oynamaq istədiklərini deyib. Əsas gətiriblər ki, FİFA-nın “pəncərə”sinə düşən yoldaşlıq görüşündə iştirak edəcəkləri halda, avtomatik peşəkar oyunçu statusu daşıyacaqlar. Belədə mini-futbolda çıxış edə bilməzdilər. Bu yerdə sual yaranır: “Neftçi” ilə yüksək liqada çıxış edən Vitali peşəkar oyunçu deyil? Görünür, təcrübəli futzalçı yeni klubu ilə peşəkar müqavilə bağlamayıb. Mövzuya qayıdacağıq...
Qazaxıstanın da heyəti bəllidi. Orta Asiya təmsilçisinin “sükanı arxasına” bu yaxınlarda keçən Kaka ona doğma olan Bakıya 13 nəfərlik heyətlə gələcək. Siyahıda braziliyalı qapıçı İqita ilə Taynan da var. Millimizin sabiq üzvü, “Neftçi”nin oynayan-məşqçisi olmuş mütəxəssis 4 klubun təmsilçisinə, o cümlədən bir klubsuz oyunçuya güvənib: qapıçılar - İqita (Kayrat), Aleksandr Qurov (Jetısu), sahə oyunçuları - Çingiz Esenamanov, Dauren Nurqojin, Taynan, Birjan Orazov, Dauren Tursaqov, Vladislav Çernomordov (hamısı “Kayrat”), Albert Akbalikov, Kayrat İmanalin (hər ikisi “Aktobe”), Arnold Knaub (Jetısu), Anton Rındin (Ayat), Aleksandr Dovqan (klubsuz).
MİRAĞA

Son xəbərlər

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Navas "Napoli" yolunda

Bütün xəbərlər