Kazanda keçirilən Rəşid Nəcməddinov Kuboku həlledici mərhələyə qədəm qoyur. Dünən 7-ci turun oyunları keçirilib. Türkan Məmmədyarova (2312) qara fiqurlarla Maksim Samusenkoya (Rusiya, 2442) uduzub. 3,5 xalda qalan həmyerlimiz 52-ci pilləyə geriləyib. Məmmədyarova bu gün 8-ci turda “ağlar”la rusiyalı Vladislav Yefremovla (2095) münasibətləri aydınlaşdıracaq.