Sizin reklam burada

“Kəpəz” ilk qol və ilk xal axtarışında

Title
“Kəpəz” ilk qol və ilk xal axtarışında
Bu gün birinci divizionda 4-cü tura start veriləcək. İki günə sığacaq turun ilk oyun günündə 4, ertəsi 3 matç keçiriləcək. Şərikli liderlərdən yalnız “Sumqayıt-2” bu gün meydana çıxacaq. İlk üç turda maksimum nəticə göstərən Elbrus Məmmədovun komandası Ağsuya səfər edəcək. Səfərdə əldə olunacaq sərfəli nəticə ilə “gənclik şəhəri” təmsilçisi azı birgünlük vahid liderliyi ələ keçirə bilər. Mövsümə bərbad start verən, nəinki xal qazanmaq, bir qol belə bura bilməyən “Kəpəz” uğursuz gedişata Zaqatalada son qoya bilər. Yeri gəlmişkən, “Zaqatala” – “Kəpəz” matçını premyer-liqanın gənc hakimlərindən Rəşad Əhmədov idarə edəcək. Digər oyunlara gəlincə, “Qaradağ Lökbatan” “Sabah-2”ni, “Neftçi-2” isə “Turan Tovuz”u sınağa çəkəcək. Xüsusilə Mahmud Qurbanovun komandası turnir cədvəli baxımından vacib matça çıxacaq. Qələbə “ağ-qaralar”ın 2-ci, “Ağsu” – “Sumqayıt-2” matçının nəticəsindən asılı olaraq isə hətta 1-ci yerə yüksəlməsinə şərait yarada bilər.
Birinci divizion
1-ci dövrə, 4-cü tur
20 sentyabr
Ağsu – Sumqayıt-2
Hakimlər: SƏRXAN İSMAYILOV, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vasif Məmmədov.
AFFA nümayəndəsi: Vahid Hüseynov.
Ağsu. Şəhər stadionu. Saat 16.00
Zaqatala – Kəpəz
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev .
Hakim-inspektor: Azad Mütəllimov.
AFFA nümayəndəsi: Qurban Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 16.00
Qaradağ Lökbatan – Sabah-2
Hakimlər: ETİBAR HƏSƏNOV, Cavanşir Yusifov, Tural Bayramov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Azad Hüseynov.
AFFA nümayəndəsi: Şakir Əmrahov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00
Neftçi-2 – Turan Tovuz
Hakimlər: VÜQAR HƏSƏNLİ, Mehman Mahmudov, Elxan Əsgərzadə, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Xudaverdi Tumasov.
AFFA nümayəndəsi: Rauf Yusifov.
Bakı. ASK Arena. Saat 17.00
1. Qarabağ-2 3 3 0 0 10-1 9
2. Sumqayıt-2 3 3 0 0 10-2 9
3. MOİK 3 3 0 0 5-2 9
4. Neftçi-2 3 2 1 0 2-0 7
5. Şüvəlan 3 2 0 1 4-5 6
6. Sabah-2 3 1 1 1 2-1 4
7. Zaqatala 3 1 0 2 4-4 3
8. Keşlə-2 3 1 0 2 3-4 3
9. Turan Tovuz 3 1 0 2 4-6 3
10. Ağsu 3 1 0 2 2-4 3
11. Səbail-2 3 1 0 2 4-7 3
12. Qaradağ Lökbatan 3 1 0 2 1-4 3
13. Zirə-2 3 0 0 3 2-7 0
14. Kəpəz 3 0 0 3 0-6 0
Bombardir: Elvin Nəsibov (Sumqayıt-2) – 4.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.