Sizin reklam burada

Turun oyunçusu

Title
Turun oyunçusu
Səlahət Ağayev (Neftçi)
Qarşısına çempionluq hədəfi qoyan “Neftçi” liderliyini qorudu. “Ağ-qaralar” “Keşlə” ilə matçda son dəqiqələrdə vurduğu qollarla 3 xalı hesabına yazdırdı. Qələbənin qazanılmasında əsas pay sahiblərindən biri Səlahət Ağayev oldu. “Çərçivə”də olduqca inamlı təsir bağışlayan Ağayev qapını toxunulmaz saxlamağı bacardı. Xüsusən onun bir neçə epizodda komandasını real qoldan xilas etdiyini qeyd etməliyik. Hər halda, bu yaxınlarda atasını itirən qolkiperin meydanda bunu hiss etdirməməsi, qələbəyə böyük ölçüdə töhfə verməsi vurğulanmalı məqamdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.