“CBC Sport” telekanalının baş direktoru Volkan Üst xəstəxanaya yerləşdirilib. Belə ki, onun ürəyində problem yaranıb. Bu haqda Üstün həyat yoldaşı Özgə Uzun "İnstaqram" hesabında xəbər paylaşıb. O, həyat yoldaşının infarkt keçirdiyini bildirib. Özgə xanım həyat yoldaşının hazırda reanimasiya şöbəsində olduğunu və durumunun yaxşılaşdığını qeyd edib. Üst bir müddət müalicə olunduğu Mərkəzi Klinikada qalacaq.
Xatırlaqaq ki, Volkan Üst 2016-cı ilin yanvarından "CBC Sport"a rəhbərlik edir.