Sabah futzal üzrə yüksək liqada 2-ci turun oyunları keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək oyunlardan biri - “Ekol” – “Yasamal” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayınlanacaq. Artıq turun təyinatları da açıqlanıb. Açılış oyununda Yusif Nurullayev, canlı yayınlanacaq qarşılaşmada Elçin Məmmədov, turun bağlanış matçında isə Elçin Səmədli əsas söz sahibi olacaq.
Neftçi - Yasamal İSK
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.
Hakim-inspektor: Tofiq Şükürov.
19 sentyabr. Bakı İdman Sarayı. Saat 12.30
Ekol - Yasamal
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Hakim-innspektor: Ələkbər Məmmədov.
19 sentyabr. Bakı İdman Sarayı. Saat 14.30
Araz – Xəzər Cənub
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Aydın Gözəlov.
19 sentyabr. Bakı İdman Sarayı. Saat 16.30