Sizin reklam burada

Dünya çempionatı üçün rekord mükafat fondu

Müəllif: football Tarix: 14-09-2018, 23:04 538 Baxış
Dünya çempionatı üçün rekord mükafat fondu
Azərbaycan pulunu çölə tökür...
Sentyabrın 20-dən 27-dək Milli Gimnastika Arenasında təşkil olunacaq güləş üzrə dünya çempionatının mükafat fondu açıqlanıb. Rekord sayda iştirakçısı olacaq mundialın mükafat fondu da yeni rekord sayıla bilər. Çünki əvvəlki mundiallarda ilk 3 yeri tutanlara ümumilikdə 800 min avro mükafat verilməyib. Bu da təxminən 1,6 milyon manat deməkdi. Dünya çempionu 20800, məşqçisi 5200 avro əldə edəcək. Finalda məğlub olan cüdoçu 12000 avroyla təsəlli tapacaqsa, məşqçisi 3000 avro irəli düşəcək. Bürünc medal qazanan idmançı isə Bakıdan 6400, məşqçisi 1600 avro ilə ayrılacaq.
Müqayisə etsək, ötən il Mərakeşdə keçirilən açıq dünya çempionatında mükafat fondu 500 min avro olmuşdu. 4 il əvvəl Rusiyada baş tutan mundialda isə fondun büdcəsi cəmi 300 min dollar təşkil edib.
Bu arada bu idman növündə iddialı ölkələrdən sayılan Braziliyanın yığması DÇ-yə son hazırlığı Fransanın paytaxtı Parisdə keçəcək. 4 günlük təlim-məşq toplanışından sonra “sambaçılar” sentyabrın 18-də ölkəmizə təşrif buyuracaq.
SON XƏBƏRLƏR