Sizin reklam burada

Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi

Title
Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi
Başının üstünü qara buludlar alan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova daha bir zərbə öz yetirməsindən gəlib. Söhbət qadın hakimlərimizdən Venera Kahriçdən gedir. Venera Muradova kimi tanıdığımız, əcnəbi vətəndaşla ailə qurduqdan sonra Kahriç soyadını götürən xanım referi komitə sədrindən ölkə başçısı İlham Əliyevə şikayət edib. Həm də təkcə öz adından yox, lazımi ilgi görməyən, ayrı-seçkiliklə üzləşən digər həmkarlarının da narazılığını prezidentə çatdırıb. Xanım referi son vaxtlar təyinat almamasını, komitə sədrinin “dost-tanış”ını ətrafına yığdığını, ədalət prinsipinin pozulduğunu prezidentin diqqətinə çatdırıb və yardım istəyib.
Bu yerdə sual yaranır: Venera xanım niyə AFFA prezidentinə yox, birbaşa ölkə başçısına müraciət ünvanlayıb? Muradova-Kahriçin Xaqani Məmmədovun federasiyada, daha doğrusu, PFL-də müdafiəçisinin olduğunu bildiyi üçün birbaşa İlham Əliyevə müraciət etdiyi deyilir. Ümumiyyətlə, son vaxtlar Hakimlər Komitəsinin sədrindən Prezident Aparatına və şəxsən ölkə başçısının özünə saysız-hesabsız şikayətlər ünvanlanıb. Bu məktubların, o cümlədən Venera xanımın şikayətinin İK-nın bugünkü iclasında çıxarılacaq “hökm”lə nə qədər bağlı olub-olmadığını deyə bilmərik. Ancaq görünən odu ki, Xaqani Məmmədovu istəməyən qüvvələrin sayı artıb, hətta bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov da onu “yayda təlim-məşq toplanışının təşkili üçün tövsiyəyə qulaq asmamaqda” günahlandırmışdı.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.