Sizin reklam burada

Adams Mxitaryanın Bakıya gəlməsini istəyir

Title
Adams Mxitaryanın Bakıya gəlməsini istəyir
“Arsenal” “Qarabağ”la oyuna itkilərlə çıxacaq
"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibi "Arsenal" zədəli futbolçularının son vəziyyəti ilə bağlı məlumat yayıb. Klubun rəsmi saytı sol dizindən zədə alan müdafiəçi Sead Kolaşinatsın oktyabrın əvvəlində komanda ilə məşqlərə başlamasının gözlənildiyini açıqlayıb. Sol ayaq sümüyündə kiçik sınıq olan yarımmüdafiəçi Enzl Meytlend-Naylzın da həmin vaxt hazırlığa qoşulacağı gözlənilir. Karl Cenkinsonla Loren Kselin isə iki aya məşqlərə qayıdacağı bildirilib. Bu isə o deməkdi ki, adı çəkilən 4 futbolçu Avroliqanın qrup mərhələsində "Qarabağ"la səfər oyununu dəqiq buraxacaq.
Xatırladaq ki, "Qarabağ" Avroliqada ilk ev matçını oktyabrın 4-də, Olimpiya stadionunda "Arsenal"a qarşı keçirəcək.
Vaxtilə “Qəbələ”də baş məşqçi kimi çalışan, daha sonra prezident Tale Heydərovun müşaviri kimi fəaliyyət göstərən “Arsenal”ın əfsanələrindən biri Toni Adams Azərbaycan çempionunun “topçular”la oyunundan öncə azerisport.com saytına eksklüziv açıqlama verib. Ötənlərin məşhur futbolçusu “Qarabağ”ın Bakıda möcüzəyə imza ata biləcəyini dilə gətirib: “Qarabağ” Bakıdakı oyunda uğurlu nəticə əldə edə bilər. Hesab necə olacaq, bu haqda nəsə deyə bilmərəm. Amma onların buna gücü çatar. Londonda isə hər şey əksinə olacaq. Bu görüşdə Azərbaycan çempionuna şans görmürəm. Bu, siyasət yox, futboldu. O, birmənalı şəkildə hörmətə layiqdi. Hesab edirəm ki, Mxitaryanın həmin görüşdə iştirakı hər kəs üçün yaxşı olar. Henrix Bakıdakı oyunda iştirak etməlidi. Hər iki oyunu izləməyə çalışacam. Təəssüf ki, şəxsi işlərimin çoxluğu üzündən Bakıya gedə bilməyəcəm. Amma Londondakı cavab matçında stadionda olacam. Ümid edirəm ki, bu görüşə dəyərli dostum, Azərbaycan futbolu üçün çox iş görmüş Tale Heydərovla (“Qəbələ”nin prezidenti – H.) birgə baxacağıq”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.