Qazaxıstan millisi gələn həftə Bakıya gəlir
Futzal üzrə yüksək liqanın təqvimi açıqlanıb. Ancaq cəmi iki dövrənin oyun günləri bəllidi. Mövsüm dekabrın 26-da yarılanacaq. Çempionatın ikinci yarısına nə vaxt start veriləcəyi isə hələlik müəyyənləşməyib. “Araz”ın və millinin baş məşqçisi Joze Alesio da Silva uzunmüddətli planlarını açıqlamadığı üçün təqvimin 2019-cu ilə aid hissəsi üçün günlər qeyri-müəyyəndi. 2018-ci ildə isə iki “pəncərə” nəzərdə tutulub. Üçüncü turdan sonra yüksək liqaya 15 günlük fasilə veriləcək ki, bu da “Araz”ın Çempionlar Liqasında iştirakı ilə bağlıdı. Məlum olduğu kimi, Naxçıvan təmsilçisi oktyabrın 3-6-sı aralığında ÇL-in əsas mərhələsində mübarizə aparacaq. Ölkə çempionu bu nüfuzlu turnirə ayın 3-də Litva “Vytis”i ilə qarşılaşmayla start verəcək. Təmsilçimiz ertəsi gün “Valletta” (Malta) ilə münasibətləri aydınlaşdıracaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. “Araz” Slovakiya “Luçenec”i ilə qarşılaşacaq. Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada keçiriləcək. Noyabrın sonu-dekabrın əvvəlində isə 18 günlük fasilə olacaq. Xəbər verdiyimiz kimi, həmin müddətdə, konkret dekabrın 1-5-i aralığında millinin Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub. Orta asiyalılar ötən il İranda keçirilən turnirin təşkilatçılığını üzərinə götürüblər və razılıq məktubunu bizimkilərə də göndəriblər. Turnir baş tutsa, millinin noyabrın son bir həftəsi ərzində Bakıda təlim-məşq toplanışı da nəzərdə tutulub.
Yeri gəlmişkən, millimiz Qazaxıstanla Bakıda da görüşəcək, həm də bu oyun səfərdəkindən daha tez baş tutacaq. Belə ki, sentyabrın 23-nə yoldaşlıq görüşü razılaşdırılıb. Orta asiyalılar bir gün əvvəl Bakıya gələcəklər və hətta məşqə keçmədən ertəsi yoldaşlıq matçına çıxacaqlar. Millimiz də qısamüddətli hazırlıqla kifayətlənəcək. Joze Alesio da Silva heyəti 2-ci turdan sonra açıqlayacaq. Ancaq etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, budəfəki toplanışa yığmanın legionerləri dəvət edilməyəcək. Alesio sırf yüksək liqada top qovan namizədlərlə kifayətlənəcək. Qazaxıstanın da Bakıya legionerlərsiz gələcəyi bildirilir. Artıq oyunun vaxtı və məkanı da bəllidi. Azərbaycan – Qazaxıstan qarşılaşması gələn həftənin bazar günü Bakı İdman Sarayında keçiriləcək və saat 16.00-da başlayacaq.
Birinci dövrə
1-ci tur
12 sentyabr
Xəzər Cənub – Neftçi 6:8
Yasamal – Araz 4:4
Yasamal İSK – Liman 3:12
2-ci tur
19 sentyabr
Neftçi – Yasamal İSK
Araz - Xəzər Cənub
Ekol – Yasamal
3-cü tur
26 sentyabr
Xəzər Cənub – Ekol
Yasamal İSK – Araz
Liman – Neftçi
4-cü tur
12 oktyabr
Araz – Liman
Ekol – Yasamal İSK
Yasamal – Xəzər Cənub
5-ci tur
17 oktyabr
Yasamal İSK – Yasamal
Liman – Ekol
Neftçi – Araz
6-cı tur
24 oktyabr
Ekol – Neftçi
Yasamal – Liman
Xəzər Cənub – Yasamal İSK
7-ci tur
31 oktyabr
Liman – Xəzər Cənub
Neftçi – Yasamal
Araz – Ekol
İkinci dövrə
8-ci tur
7 noyabr
Araz - Yasamal
Neftçi - Xəzər Cənub
Liman - Yasamal İSK
9-cu tur
14 noyabr
Yasamal İSK - Neftçi
Xəzər Cənub - Araz
Yasamal - Ekol
10-cu tur
21 noyabr
Ekol - Xəzər Cənub
Araz - Yasamal İSK
Neftçi - Liman
11-ci tur
10 dekabr
Liman - Araz
Yasamal İSK - Ekol
Xəzər Cənub - Yasamal
12-ci tur
15 dekabr
Yasamal - Yasamal İSK
Ekol - Liman
Araz - Neftçi
13-cü tur
19 dekabr
Neftçi - Ekol
Liman - Yasamal
Yasamal İSK - Xəzər Cənub
14-cü tur
26 dekabr
Xəzər Cənub - Liman
Yasamal - Neftçi
Ekol - Araz
Üçüncü dövrə
15-ci tur
Xəzər Cənub – Neftçi
Yasamal – Araz
Yasamal İSK – Liman
16-cı tur
Neftçi – Yasamal İSK
Araz - Xəzər Cənub
Ekol – Yasamal FK
17-ci tur
Xəzər Cənub – Ekol
Yasamal İSK – Araz
Liman – Neftçi
18-ci tur
Araz – Liman
Ekol – Yasamal İSK
Yasamal – Xəzər Cənub
19-cu tur
Yasamal İSK – Yasamal
Liman – Ekol
Neftçi – Araz
20-ci tur
Ekol – Neftçi
Yasamal – Liman
Xəzər Cənub – Yasamal İSK
21-ci tur
Liman – Xəzər Cənub
Neftçi – Yasamal
Araz – Ekol
Dördüncü dövrə
22-ci tur
Araz - Yasamal
Neftçi - Xəzər Cənub
Liman - Yasamal İSK
23-cü tur
Yasamal İSK - Neftçi
Xəzər Cənub - Araz
Yasamal - Ekol
24-cü tur
Ekol - Xəzər Cənub
Araz - Yasamal İSK
Neftçi - Liman
25-ci tur
Liman - Araz
Yasamal İSK - Ekol
Xəzər Cənub - Yasamal
26-cı tur
Yasamal - Yasamal İSK
Ekol - Liman
Araz - Neftçi
27-ci tur
Neftçi - Ekol
Liman - Yasamal
Yasamal İSK - Xəzər Cənub
28-ci tur
Xəzər Cənub - Liman
Yasamal - Neftçi
Ekol - Araz
MİRAĞA
İlk turun təyinatları açıqlandı
Daha bir “futzal cəbhəsi” bu gün açılacaq. Belə ki, bu gün və sabah birinci liqada açılış turunun oyunları baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək qarşılaşmalara təyinatlar da açıqlanıb:
14 sentyabr
19.00 Yasamal-B – Abşeron
Hakimlər: Yusif Nurullayev, Rahin Heybətov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
20.00 Green Log - Füzuli
Hakimlər: Yusif Nurullayev, Rahin Heybətov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
21.00 Ulduz - Baku Fans
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov.
Hakim-inspektor: Arif Ağayev.
22.00 Standard – Zəngilan
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov.
Hakim-inspektor: Arif Ağayev.
15 sentyabr
18.00 AZMİU – ADBTİA
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov.
Hakim-inspektor: Aydın Gözəlov.
19.00 Sovetski - Şərq
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı.
Hakim-inspektor: Aydın Gözəlov.
20.00 Çinar Cəbrayıl - U-19
Hakimlər: İnqilab Məmmədov, Əli Cəbrayılov.
Hakim-inspektor: Əliəvəz Cabbarov.
21.00 Metropoliten - Baku Fire
Hakimlər: Əli Cəbrayılov, İnqilab Məmmədov.
Hakim-inspektor: Əliəvəz Cabbarov.