“Uğur”un futbolçuları 10 min manatın həsrətindədi
Region Liqasının qalibi Ukrayna, Finlandiya və İspaniya klubları ilə qarşılaşacaq
Ötən mövsüm Region Liqasının finalı təmtəraqlı şəkildə keçirildi. “Bayıl Arena”da təşkil olunan mövsümün əsas qarşılaşmasında AFFA rəhbərliyi ilə yanaşı, ölkənin futbol ictimaiyyətinin sayılıb-seçilən simaları iştirak etdilər. “CBC Sport”un canlı yayın təşkil etdiyi görüşdən sonra Sumqayıt “Uğur”una kubok, mükafatçılara isə medallar təqdim olundu. Bundan başqa, turnirin Əsasnaməsinə uyğun qalibə 10, gümüş mükafatçıya 5, üçüncü yerin sahibinə isə 3 min manat pul mükafatı verilməliydi. Ancaq təəssüf ki, hələ də həmin pullar ünvanına çatdırlmayıb.
Ötən saylarımızın birində məsələ ilə bağlı qəzetimizə açıqlama verən Region Liqasının Təşkilat Komitəsinin üzvü Yusif Vəliyev yubanmanı belə əsaslandırmışdı: “Biz istəyirdik ki, hər üç komandanın pul mükafatını eyni gündə verək. Bununla bağlı həm Uğur”, həm “Energetik”, həm də “Füzuli” komandalarının rəhbərliyinə müraciət edib bank sənədlərini Təşkilat Komitəsinə göndərmələrini istəmişdik. Yalnız “Uğur” rəsmiləri müraciətimizə reaksiya verdi və lazımi sənədləri vaxtında bizə təqdim etdilər. Növbəti həftənin ilk günlərində Sumqayıt klıubuna çatacaq vəsait onların hesabına köçürüləcək”.
Həmin söhbətin üstündən artıq iki2 həftə keçib. Dünən redaksiyamızla əlaqə saxlayan Region Liqasının ilk qalibi olan komandanın üzvləri AFFA rəhbərliyinin vədini tutmadığını, hələ də mükafat kimi onlara çatmalı olan 10 min manatın yolunu gözlədiklərini bildirdilər. Komandanın adının çəkilməsini istəməyən təcrübəli oyunçularından biri bunları söylədi: “3 aydan çoxdu eyni sözləri eşidirik. Hər həftənin ilk günü pulun köçəcəyini deyirlər, ancaq həftəsonu məlum olur ki, hesaba heç qəpik də köçməyib. Başa düşmürük, bizi niyə belə aldadırlar? Ya konkret desinlər ki, mükafatı verməyə imkanımız yoxdu, AFFA-nın “Uğur”un 10 min manatına ehtiyacı var. Ya da konkret tarix deyib sözlərini tutsunlar. Artıq qeyri-müəyyənlikdən bezmişik. Nə vaxta kimi eyni bəhanələri eşidəcəyik? Bu gün-sabah yeni mövsümə start veriləcək, ancaq biz çempion kimi ötən mövsümün mükafatını almamışıq. Təşkilat Komitəsinin üzvləri, AFFA rəsmiləri hər gün mətbuatda, sosial şəbəkələrdə bəh-bəhlə liqanı tərifləyir, yeni liqanın uğurlu layihə olduğunu göstərməyə çalışırlar. Bəli, Region Liqası yaxşı ideyadı, bir çox kənarda qalan futbolçuların az-çox pul qazanması üçün iş yeridi. Ancaq liqanın daha da inkişaf etməsini, yeni komandaların birinciliyə qoşulmasını istəyirlərsə, sənəd üzərində göstərilən şərtləri də yerinə yetirməlidilər. Bu gün üçün görünən odu ki, Region Liqasında hər şey görüntü xatirinə edilir, turnirin davamlı olmasını istəməyənlər narazılıq yaratmaq üçün bu üsullara əl atırlar. Bizim başımıza gələnlərdən başqa komandalarda oynayan futbolçular da xəbərdardı. Sizcə, bütün bunlardan sonra onlar turnirə ciddi yanaşarlar? Artıq səbrimiz tükənib. Çempionatın startına kimi pulumuzu almasaq, başqa vasitələrə əl atmaq məcburiyyətində qalacağıq”.
Komanda adından danışan futbolçunun söylədiklərindən sonra yenidən Yusif Vəliyevlə əlaqə saxladıq. Vəliyev növbəti dəfə “Uğur”a çatacaq vəsaitin həftəiçi komandanın hesabına köçəcəyini söylədi: “Başa düşmürəm, “Uğur”un futbolçuları nədən narahatdılar? Biz tez-tez komandanın rəhbərliyi və baş məşqçisi ilə görüşürük. Bugünlərdə baş məşqçi yenə AFFA-ya gəlmişdi. Ona dedim ki, bank əməliyyatı ilə bağlı köçürmə məsələsi bir qədər ləngiyir. Əslində bu işlə AFFA-da başqa şöbələr məşğul olur. Mən sadəcə, onlardan məlumat alıb sizə bildirirəm. Ötən mövsümün qalibinə çatacaq 10 min manat bu həftənin sonuna kimi komandanın hesabına köçürüləcək”.
Sonda onu da bildirək ki, “Uğur” bu il Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək. Ancaq Sumqayıt təmsilçisi bəzi problemlərlə üzləşib. Bu haqda bilgini komandanın baş məşqçisi Qəzənfər Abbasovdan aldıq: "Əsasnaməyə görə, Region Kubokunda həvəskar səviyyədə 2 il oynamış futbolçu çıxış edə bilər. Bu səbəbdən komandaya yeni futbolçuların cəlb edilməsi bir az çətindi. Ötən mövsüm bizimlə olan oyunçularla davam edəcəyik. Əlavə olaraq, digər klublardan da bir neçə nəfər cəlb etməyi düşünürük. Legioner gətirməyə isə maddi imkanımız yetərli deyil. Ola bilər ki, Azərbaycanda təhsil alan və ya işləyən həvəskar futbolçuya rast gəldik. Bax, eləsini götürə bilərik. Vasif Maşayev artıq 3-cü mövsümdü ki, öz şəxsi vəsaiti hesabına komandamıza dəstək verir. 2016/17 mövsümündə ilk dəfə qatıldığımız Həvəskarlar Liqasının və kubokunun, ötən mövsüm isə Region Liqasının qalibi olmuşuq. Özü də bunu heç bir oyunda uduzmadan bacarmışıq. Yəni komanda yarandığı 2016-cı ildən rəsmi qarşılaşmalarda məğlub olmayıb”.
Xatırladaq ki, qitəmiqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılacaq Sumqayıt komandası Ukraynanın "Lvov Region”, İspaniyanın "Kastilya-i-Leon” və Finlandiyanın "Qərb Rayon Komandası" ilə birgə 6-cı qrupda yer alıb. Oyunlar Lvov şəhərində keçiriləcək. Təqvimə əsasən, ilk matçını oktyabrın 2-də meydan sahiblərinə qarşı keçirəcək "Uğur" 5-də İspaniya, 3 gün sonra isə Finlandiya təmsilçisi ilə qarşılaşacaq.
Qəzənfər bəy qrupdakı rəqiblər haqda məlumat toplamağa çalışdıqlarını vurğuladı: "Kastilya-i-Leon” 2009-cu ildə Region Kubokunun qalibi olub. Bu o deməkdi ki, komanda neçə ildi yüksək səviyyədə çıxış edir. Ukrayna və Finlandiya komandaları da zəif deyil. Rəqiblər haqda mümkün qədər məlumat toplamağa çalışacağıq. Klubumuz yeni yaranıb, elə də böyük təcrübəyə malik deyilik. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
"Uğur”un avqustun 12-dən hazırlıq prosesinə başladığını deyən Abbasov hazırda Abşeron Olimpiya Kompeksinin stadionunda məşq etdiklərini söylədi: "Hazırda "Kapital Bank Arena” təmirdədi. Mehdi Hüseynzadə adına şəhər stadionunda isə "Sumqayıt”ın əsas və əvəzedici komandaları məşq edir. Yarışda oyunlarımız 3 gündən bir olacağı üçün burda eyni intervalla yoxlama matçlarında qüvvəmizi sınayırıq. Təxminən 10-a yaxın görüşümüz olub. Heyətimizdə əvvələr peşəkar səviyyədə çıxış etmiş Elnur Abdulov, Ruslan Poladov, Mikayıl Rəhimov kimi futbolçular yer alıb”.
Qeyd edək ki, 1966-cı ildə təsis olunan və 1999-dan Region Kuboku adı altında keçirilən yarış iki ildən bir mini-turnir formatında, qrupda yer alan komandalardan birinin təmsil etdiyi ölkədə təşkil olunur. 8 qrupda 1-ci yeri tutan kollektivlər 2019-cu ilin iyulunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq. Yarışda 19- 40 yaşlı futbolçular iştirak edə bilər.
RƏŞAD


Son xəbərlər

Fransa və İngiltərə 1/4 finalda - YENİLƏNİB

Fransa - Polşa matçının ən yaxşısı müəyyənləşdi

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İngiltərədə itki

Fransa 1/4 finala belə yüksəldi - VİDEO

"O, böyük tennis uğurlarına çatmaq üçün yaranıb"

Verdasko yarışlardan kənarlaşdırıldı

Azərbaycan çempionatında 2-ci tura yekun vuruldu

Zirədə 3 qol - VİDEO

Rəşad Sadıqov: "Orxan Məmmədova deyirəm ki, bəlkə lazım olanda 10-15 dəqiqə bizim komandada oynayasız"

Ayxan Abbasov: "Qış fasiləsində rəhbərliklə danışığımız olacaq"

"Zirə" və "Sumqayıt"dan qələbə - YENİLƏNİB

"Sumqayıt"ın mövsümdə ilk qələbəsi - VİDEO

İlk səfər qələbəsinin sirri - AÇIQLAMA

"Əsas hədəflərimdən biri millinin şərəfini qorumaqdı" - "Şamaxı"nın ulduzu

Rahid Əmirquliyev: "Bu vəziyyətdən çıxmağa çalışırıq"

Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı başda mənəm"

Samir Abasov: "Turnir cədvəlinə baxıb, imtina edənlər var"

“Araz-Naxçıvan”dan ayrılmaq fikrim yox idi, belə addım atmaq məcburiyyətində qaldım”

"Futbol məkanını pis günə qoyanlar evlərində, həyət-bacalarında bunu etməzlər"

Kevin Dürant 8-ci pilləyə yüksəldi

Elmar Baxşıyev: “Sanki mənə futbolçular təqdim olunur, geri çevirirəm”

Makdevid 40 xal həddinə hamıdan tez çatdı

"Qarabağ"dan həbs olunan azarkeşləri ilə bağlı rəsmi AÇIQLAMA

“Aşırı robotlaşma futbolu uçuruma apara bilər”

Martino Meksika yığmasından ayrıldı

"İmarət" həbs olunan üzvləri ilə bağlı bəyanat yaydı

Millimizdən ardıcıl iki məğlubiyyət

"Kəpəz" daha bir futbolçunu ikinci komandaya göndərdi

İdmançımız birinci oldu

AGİN-in balansında olan komplekslərdə fərqli mühafizə və təhlükəsizlik sistemi var

Pelenin kliniki vəziyyəti sabitdi

Uayt ölkəsinə niyə qayıdıb?

Azər Bağırov bir neçə futbolçunu izləyir

“Son hədd 24 mərhələdi”

ŞOK! "Neftçi" - "Qarabağ" matçından sonra 2 azarkeş həbs edilib

Məqsəd üçün əlamətdar tur

“Formula-1” pilotu uşaqlar üçün dəbilqəsini satdı

Emma Radukanu ordenlə təltif olundu

Qətərlilər almanları ələ saldı

Yaponiyalı basketbolçunun baldırı dartılıb

“Beşiktaş” başqanı TFF-dən nə tələb etdi?

Bütün xəbərlər