Sizin reklam burada

Fasilə bitdi: “birincilər” başlayır

Title
Fasilə bitdi: “birincilər” başlayır
Millinin oyunlarına görə yaranan fasilə başa çatır. Bu gün birinci divizionda növbəti – 3-cü turun oyunları start götürəcək. İki günə sığacaq turun ilk oyun günündə 3 matç baş tutacaq. Mövsümə bərbad start verən “Qaradağ Lökbatan” “Keşlə-2”ni qonaq edəcək. İlk iki turda nəinki xal qazana bilməyən, qol hesabını belə açmayan Elçin Dərgahquliyevin komandası uğursuz axara son qoymağa çalışacaq. “Keşlə”nin əvəzediciləri isə liderliyə can atır.
“Turan Tovuz” şərikli liderlərdən olan MOİK-i sınağa çəkəcək. “Hərbçilər” qərb səfərindən uğurlu nəticə ilə dönməyi bacarsa, azı birgünlük zirvəni ələ keçirəcək. Hətta 1 xal da “üçhakimiyyətliy”ə son qoyacaq.
Turun prinsipial qarşılaşmalarından biri isə Şüvəlanda baş tutacaq. “Şüvəlan”la “Ağsu” münasibətlərinə aydınlıq gətirəcək ki, oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. Onu da qeyd edək ki, bugünkü, ümumiyyətlə, turun bütün görüşləri eyni vaxtda – saat 16.00-da başlayacaq.
1-ci divizion
1-ci dövrə, 3-cü tur
13 sentyabr
Qaradağ Lökbatan – Keşlə-2
Hakimlər: SƏBUHİ BAYRAMOV, Pərvin Talıbov, Aleksandr Musatkin, Emin Nağıbəyov.
Hakim-inspektor: Akif Əliyev.
AFFA nümayəndəsi: Samir Kərəmov.
Lökbatan. Olimpiya Kompleksinin stadionu. Saat 16.00
Turan Tovuz - MOİK
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, İsgəndər Əliyev, Rahin Heybətov, Sərxan İsmayılov.
Hakim-inspektor: Vaqif Ayvazov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz. Şəhər stadionu. Saat 16.00
Şüvəlan – Ağsu
Hakimlər: ORXAN MƏMMƏDOV, Azər Əsgərov, Eyyub İbrahimov, Bəxtiyar Gözəlov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: Elşad Ağayev.
Şüvəlan. AZAL Arena. Saat 16.00
1. Qarabağ-2 2 2 0 0 6-0 6
2. Sumqayıt-2 2 2 0 0 6-1 6
3. MOİK 2 2 0 0 2-0 6
4. Neftçi-2 2 1 1 0 1-0 4
5. Səbail-2 2 1 0 1 3-3 3
6. Keşlə-2 2 1 0 1 3-3 3
7. Zaqatala 2 1 0 1 4-2 3
8. Ağsu 2 1 0 1 2-2 3
9. Turan Tovuz 2 1 0 1 2-3 3
10. Şüvəlan 2 1 0 1 2-5 3
11. Sabah-2 2 0 1 1 0-1 1
12. Zirə-2 2 0 0 2 1-3 0
13. Qaradağ Lökbatan 2 0 0 2 0-4 0
14. Kəpəz 2 0 0 2 0-5 0
Bombardirlər: Fərid Kazımzadə, Elvin Nəsibov (hər ikisi "Qarabağ-2"), Ravil Yusifli (Zaqatala) - 2.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.