• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Baxşıyevlə Berdıyev “sülh bağladı” - REPORTAJ

Ölkə futbolu / Reportaj

28-11-2025, 12:0

Araz-Naxçıvan – Turan Tovuz 1:1 (1:0)
12. Kristian Avram – 5,5
5. Slavik Alxasov – 5,5
17. İssuf Paro – 5,5
3. Bəxtiyar Həsənalızadə - 5,5
34. Urfan Abbasov (k) – 6,0
11. Ba-Muaka Simakala – 6,5
(24. Mustafa Əhmədzadə, 79) – qiymətsiz
6. Patrik Andrade – 5,5
29. Vanderson Melo – 5,5
23. Nuno Rodriges – 5,0
(14. Ülvi İsgəndərov, 85) – qiymətsiz
7. Hamidu Keyta – 5,0
(77. Bruno Franko, 66) – 5,0
16. Ramon Maçado – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
76. Süleyman Həsənov
2. Qara Qarayev
8. Coşqun Diniyev
26. Ömər Buludov
22. Elçin Mustafayev
33. Elmir Cəfərov
19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ba-Muaka Simakala

1. Oleq Baklov – 5,5
3. Enrike Silva – 5,5
88. Faiq Hacıyev (k) – 5,5
32. Hayderson Uurtado – 5,5
15. Emmanuel Hakman – 5,5
7. Xorxe Silva – 5,5
29. Filip Ozobiç – 5,0
(17. Rəhim Sadıxov, 46) – 6,0
6. Fərid Yusifli – 5,0
(10. Xəyal Nəcəfov, 46) – 5,5
23. Alexandro Serrano – 5,5
90. Jo Batista – 5,5
21. Aleks Souza – 5,0
(11. Ayxan Hüseynov, 62) – 6,5
Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
73. Ülvü Mədətov
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Ayxan Hüseynov

Qollar: B.M.Simakala, 21 (1:0, U.Abbasov). A.Hüseynov, 79 (1:1, R,Sadıxov).
Vərəqələr: B.Həsənalızadə, 32 (qeyri-idman hərəkəti). B-M.Simakala, 44 (qeyri-idman hərəkəti). J.Batista, 54 (qeyri-idman hərəkəti). X.Silva, 60 (qeyri-idman hərəkəti). P.Andrade, 77 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 77 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Vüqar Həsənli (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Eldar Məmmədov (Bakı).
22 noyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 250 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Düzdü, həm “Araz-Naxçıvan”, həm də “Turan Tovuz” ölkəmizi Avropada təmsil etmək niyyətindədi. Ancaq komandaların sabit nəticələr qazanmaqda çətinlik çəkməsi turnir hədəflərini ciddi təhlükə altına atır. Odu ki, kollektivlər indiki mövqelərini fürsətdən istifadə edə bilməyən rəqibləriylə birinci dövrədə qazandığı nəticələrə borcludu desək, yanılmarıq. Axı həqiqətən də nə “qırmızı-ağlar” baxımlı oyunla göz oxşayıb sərfəli nəticələr qazana bilir, nə də “bozqurd”. Məsələnin daha acı tərəfi isə tilsimin bu matçda da qırılmamasıdı.

Bəli, komandalar bu görüşdə də özünə oxşamadı. Yəni bir qədər sonra bəhs edəcəyimiz təhlükəli vəziyyətlərin azlığına görə bizi qınamayın. Hər halda, avrokuboklara vəsiqəyə iddialı komandaların duelini daha gərgin notlarla diqqətinizə çatdırmaq istərdik...
Tərəflər ilk dəqiqələrdə ehtiyatlı oyuna üstünlük verdi. Odu ki, ilk 20 dəqiqədə cəmi bir təhlükəli vəziyyət qeydə alındı. Daha doğrusu, 7-ci dəqiqədə Souza yöndəmsiz zərbə vurdu. Zərbə nəinki qeyri-dəqiq oldu, heç Avramı narahat da etmədi.

Tədricən üstünlüyü ələ alan “Araz-Naxçıvan”ın hesabı açmasına isə çox vaxt lazım olmadı. 21-ci dəqiqədə sağ cinahla irəliləyən Urfanın cərimə meydançasına göndərdiyi top Simakalanın “qayçı” zərbəsindən sonra tora qovuşdu. Bir qədər sonra Keytanın qeyri-dəqiqliyinə şahidlik etdik. 45+1-ci dəqiqədə başla bəxtini sınayan Urtado isə Avramla bacarmadı. Belədə “bozqurd”un fasiləyə geridə yollanması qaçılmaz oldu. İndi qonaqların ən azı hesabı bərabərləşdirməkdən başqa çarəsi yox idi. Berdıyev məhz bu məqsədlə Ozobiçlə Fəridi, uyğun olaraq, Rəhim və Xəyalla əvəz etsə də, hadisələrin axarında ciddi dəyişiklik olmadı. 55-ci dəqiqədə məhz Rəhim Avramla mübarizədən məğlub ayrıldı.

Qonaqlar Ayxan meydana çıxandan sonra bir qədər fəallaşdı. Düzdü, o, 64-cü dəqiqədə ələ düşən imkanı qeyri-dəqiqlik üzündən qaçırdı. Ancaq bu, yarımmüdafiəçinin hesabı bərabərləşdirmək cəhdlərinə mane olmadı: 78-ci dəqiqədə Rəhimin ötürməsindən maksimum yararlanan Ayxan komandasına xal qazandıran qolu vurdu. Tərəflər qalan vaxtda hərəyə bir hücumla yadda qaldı. 83-cü dəqiqədə Batista qapıçıyla bacarmadısa, bir qədər sonra Rodriges qeyri-dəqiq oynadı.

Beləliklə, komandalar bir xalla kifayətləndi. Bəli, bu cür matın “sülh”lə bitməsi ədalətli nəticədi. Ancaq heç-heçə nə çempionluq uğrunda mübarizə aparan “bozqurd”u sevindirə bilər, nə də turu 6-cı pillədə başa vuran “qırmızı-ağlar”ı...

Gözdən qaçmadı
// “Turan Tovuz”un məqşçisi Yunis Hüseynov 73-cü dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
// “Sektor 85” və “Turan Ultras” fanklubları tribunada idi. Tovuzlu azarkeşlər Sumqayıtın oyun gününə təsadüf edən 76 illiyini “Sumqayıt. Ad günün mübarək olsun” şüarıyla təbrik etdi. Onlar Rəvan Həmzəzadəni “AFFA-nın köpəyi” adlandırdı.
// Matçı tribunadan izləyənlər arasında “Turan Tovuz”un 1 ilə yaxındı zədə üzündən yaşıl meydanlardan kənarda qalan və Portuqaliyada müalicə olunandan sonra ölkəmizə qayıdan futbolçusu Denis Marandiçi də var idi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

22-11-2025, 14:0

"Araz-Naxçıvan" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

24-08-2025, 18:0

"Turan Tovuz" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

29-11-2024, 15:0

"Araz-Naxçıvan" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

18-04-2025, 18:0

"Araz-Naxçıvan" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

16-02-2025, 14:0

"Turan Tovuz" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

21-09-2024, 17:0

"Turan Tovuz" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Aktual
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
Son xəbərlər
  • Bu gün, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Bu gün, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Bu gün, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Bu gün, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Bu gün, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Bu gün, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Bu gün, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Bu gün, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə