Sizin reklam burada

İki şahmatçımız itkisiz irəliləyir

Müəllif: football Tarix: 8-09-2018, 13:54 534 Baxış
İki şahmatçımız itkisiz irəliləyir
Türkiyənin Kocaeli şəhərində keçirilən 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir. Dünən 2-ci turun oyunları baş tutub. Oğlanların yarışında Vüqar Əsədli (2492) Leonid Savlinə (Almaniya, 2355), Ülvi Sadıxov (2491) Nipun Piyumantaya (Şri-Lanka, 2139) qalib gəlb. Məhəmməd Muradlı (2407) Avonder Lianqla (ABŞ, 2575), Kənan Qarayev (2404) Lina Narayanan Sunildutla (Hindistan, 2573), Nail Bəşirli (2354) isə Kevin Noboa (Ekvador, 2256) ilə heç-heçə edib. Yalnız Məhəmməd İsmayılov (2137) Dravid Şayleşə (Hindistan, 2325) uduzub. Əsədli və Sadıxov 2 xalla liderlər qrupundadı. Onlardan 0,5 xal geri qalan Qarayevlə Muradlı 31-37-ci yerləri bölüşür. Cəmi 0,5 xal toplayan Bəşirli 141-ci pillədə qərarlaşıbsa, xal hesabını aça bilməyən İsmayılov 155-cidi.
Qadınların turnirində Aydan Höccətova (2356) Rosamund Vey Xini (Malayziya, 1918), Gövhər Beydullayeva (2202) isə Yuan Tian Şini (Kanada, 1923) məğlub edib. Aytac Heydərova (1948) bu dəfə Zeynəb İncəcikə (Türkiyə, 1716) yenilib. Gövhər 1,5 xalla 26-cı, ondan 0,5 xal geri qalan Aydan 66-cı, xalı olmayan Aytac isə 94-cü yerdədi.
Bu gün baş tutacaq 3-cü turda Əsədli Əlirza Firuza (İran, 2582), Sadıxov Çithambaram Aravind (Hindistan, 2578), Muradlı Narayanan Sunildut (Hindistan, 2573), Qarayev Semyon Lomasov (Rusiya, 2545), Bəşirli Kayra Kamer (Türkiyə, 2205), İsmayılov Devran Dağan (Türkiyə, 2004), Beydullayeva Nadejda Salah (Ukrayna, 1918), Höccətova Yiyinq Yanq (Çin, 2018), Heydərova isə Esperansa Kaxitayla (Anqola, 1803) münasibətləri aydınlaşdıracaq.
SON XƏBƏRLƏR