İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində təşkil olunan Avropa Superfinalında iştirak edən çimərlik futbolu yığmamız dünən ilk oyununu keçirib. İspaniya ilə qarşılaşan komandamız 4:5 hesabı ilə məğlub olub. Millimizin qollarını Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov və Asif Zeynalov vurub. Komandamız turnir çərçivəsində növbəti oyununu bu gün Portuqaliyaya qarşı keçirəcək.