Güləşçimiz Rusiyada çempion oldu

18.11.2025 19:33 7
İdman
Rusiyanın Yakutsk şəhərində təşkil edilən sərbəst güləş üzrə turnirdə idmançımız Ali Tsokayev (86 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

"Football-plus.az" Güləş Federasiyasına istinadla xəbər verir ki, güləşçimiz Cəbrayıl Hacıyev (79) isə həmin turnirdə üçüncü yeri tutub.

Rusiyanın Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medal qazanıblar.