• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ”nin 8-ci məğlubiyyəti, “Sumqayıt”dan ardıcıl ikinci qələbə - REPORTAJ

Ölkə futbolu / Reportaj

14-11-2025, 18:0

Qəbələ - Sumqayıt 0:2 (0:0)
1. Səlahət Ağayev - 5,5
13. Nicat Əliyev - 5,5
28. Murad Musayev (k) - 5,5
74. Süleyman Damadayev - 4,0
(66. Nuğay Rəşidov, 85) - qiymətsiz
27. Eşqin Əhmədov - 5,0
(12. İbrahim Sanqare, 66) - 4,0
6. Xayme Syerra - 5,0
42. Jondo Fuxs - 5,5
(10. Şahin Şahniyarov, 66) - 4,0
16. İsaak Amoah - 4,5
30. Prins Ovusu - 6,0
(97. Elşad Tağıyev, 85) - qiymətsiz
50. Adriel Ba Loua - 5,5
14. Domi Massumo - 5,5
(70. Paulo Quimbila, 85) - qiymətsiz
Ehtiyat oyunçular
94. Həbib Hüşənov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
7. Rüfət Əhmədov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Sxadadze
Komandanın ən yaxşısı: Prins Ovusu

1. Mehdi Cənnətov - 6,5
80. Keffel Resende - 6,0
14. Pedro Pinto - 5,5
72. Rayan Senhadji - 4,0
25. Abdul Raşid Mumini - 5,5
8. Səbuhi Abullazadə (k) - 5,0
(95. Nsana Simon, 76) - qiymətsiz
19. Roy Kehat - 5,5
23. Ronaldo Vaskes - 6,0
(21. Nihad Əhmədzadə, 83) - qiymətsiz
10. Nikola Ninkoviç - 5,5
(71. Masaki Murata, 66) - 4,5
7. Rüstəm Əhmədzadə - 7,0
9. Aleksandr Romalinqom - 5,5
(3. Höccət Haqverdi, 83) - qiymətsiz
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
6. Rauf Rüstəmli
75. Nadir Orucov
66. Ruslan Əliyev
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Rüstəm Əhmədzadə

Qollar: R.Əhmədzadə, 55 (1:0). A.Ramalinqom, 82 (1:0).
A.Ramalinqom 55-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: A.Ba Loua, 6 (qeyri-idman hərəkəti). A.R.Mumini, 9 (qeyri-idman hərəkəti). R.Vaskes, 13 (hakimin qərarına etiraz). X.Syerra, 65 (qeyri-idman hərəkəti). N.Ninkoviç, 65 (qeyri-idman hərəkəti). P.Pinto, 85 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir). Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
7 noyabr. Qəbələ. Şəhər stadionu. 300 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

Komandaların turnir cədvəlindəki mövqeyi fərqlidi. “Sumqayıt” avrokuboklara vəsiqəyə iddiasını davam etdirirsə, “Qəbələ” ümidsiz autsayderlərdən biridi. İndi “qırmızı-qaralar”a xal hava-su kimi lazımdı.

Matç asta tempdə başlasa da, gərginlik sezilirdi. Artıq ilk 13 dəqiqədə futbolçulara üç vərəqə göstərilmişdi. İlk təhlükəli vəziyyət isə 35-ci dəqiqədə yarandı. Senhadjinin kobud səhvindən sonra Ovusu irəlilədi və Ba Louya ötürmə verdi. Adriel isə zərbə vurmağa gecikdi. Əslində zərbə endirdi. Lakin Mehdi yaxşı oynadı. 39-cu dəqiqədə Mumini müdafiədə kobud səhvə yol verdi. Domi topu “oğurlasa” da, Mehdi yenə də inamlı oynadı. 44-cü dəqiqədə “Sumqayıt” rəqibə təhlükə yaratdı. Səbuhinin asmasından sonra Ronaldo başla zərbə endirdi, top Səlahətin qucağına getdi. İlk yarıda başqa təhükəli vəziyyət olmadı.

İkinci hissə birinci ilə müqayisədə daha dinamik keçdi. İlk təhlükə yenə meydan sahiblərindən gəldi. 52-ci dəqiqədə Syerra uzaqdan yaxşı zərbə endirdi, Mehdi daha yaxşı seyv etdi. Bir dəqiqə sonra Süleyman Damadayev qeyri-peşəkarcasına topa əllə toxundu. Penalti nöqtəsinə yaxınlaşan Ramalinqomun zərbəsini Səlahət dəf etsə də, qayıdan topu Rüstəm tora qovuşdurdu. 69-cu dəqiqədə topla yaxşı irəliləyən Ronaldo qapıya qüvvətsiz zərbə vurdu, ancaq Səlahət səhvə yol vermədi.

82-ci dəqiqədə oyunun taleyi həll olundu. Əks-hücuma çıxan qonaqlar hesab arasındakı fərqi artırdı. Simonun ötürməsindən sonra yaxşı fürsət yaxalayan Ramalinqomun ilk zərbəsinə müdafiəçilər blok qoysa da, o, qayıdan topu qapıdan keçirdi. Matçın son təhlükəli vəziyyəti də meydan sahibləri yaratdı. Ba Louanın zərbəsini Mehdi uzanaraq çıxardı.

Beləliklə, “Sumqayıt” ardıcıl ikinci qələbəsini qazanmaqla xalını 20-yə çatdırdı və azı birgünlüyə 3-cü pilləyə yüksəldi, mövsümdə 8-ci məğlubiyyətini alan “Qəbələ”nin işi isə Allaha qalıb.

Gözdən qaçmadı
* Topa ilk toxunuşu 44 günlük müharibənin şəhidi Təbriz Qasımovun qızı etdi.
* “Qəbələ” azarkeşlərindən biri 90 dəqiqə boyunca futbolçulara ayaqüstə, baş məşqçi imiş kimi təlimat verirdi. Matçın sonunda isə yerli futbolçulara “formanı çıxarın, rədd olun gedin, əcnəbilərə də “go out (çıxın çölə) dedi.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

7-11-2025, 16:0

"Qəbələ" - "Sumqayıt": START HEYƏTLƏRİ

Ölkə futbolu

3-11-2025, 19:0

"Sabah" - "Qəbələ": START HEYƏTLƏRİ

Ölkə futbolu

15-08-2025, 16:0

"Karvan-Yevlax" - "Qəbələ": START HEYƏTLƏRİ

Ölkə futbolu

26-09-2025, 18:0

"Qarabağ" - "Qəbələ": start heyətləri

Ölkə futbolu

20-09-2025, 16:0

"Qəbələ" - "Kəpəz": START HEYƏTLƏRİ

Ölkə futbolu

26-10-2025, 15:0

"Qəbələ" - "Neftçi": START HEYƏTLƏRİ

Aktual
"Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
“Xızıroğlu” Xızır kimi yetişdi
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Son xəbərlər
  • Bu gün, 02:05
    Holann Braziliyanı evə göndərdi - DÇ gecəsi
  • Dünən, 23:59
    Romadan Milana üz tuta bilər
  • Dünən, 23:39
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:00
    Fransaya qayıtmayacaq
  • Dünən, 22:37
    Mahir Almaniyaya yollandı, sabah məşqlərə başlayacaq! - başqa klubla anlaşıb?
  • Dünən, 22:21
    "Qarabağ"da daha bir ayrılıq - hücumçu Şotlandiya çempionuna gedir!
  • Dünən, 22:00
    "Qəbələ" hazırlıqlara başladı
  • Dünən, 21:30
    “Şamaxı”dan növbəti transfer
  • Dünən, 21:05
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 20:34
    MS-ni tərk edə bilər
  • Dünən, 20:04
    Millimiz İrlandiyaya uduzdu
  • Dünən, 19:33
    ''Fənərbaxça'' Avstriyaya yollandı - DÇ-də iştirak edənlər də heyətdədi
  • Dünən, 19:02
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:32
    "Qarabağ"dan 8-ci transfer
  • Dünən, 18:01
    Parisi tərk edəcək
  • Dünən, 17:30
    Florensiyanı tərk etdi
  • Dünən, 17:00
    Kapitan daha bir il "Turan"da
  • Dünən, 16:29
    "Zirə" afrikalı oyunçu transfer etdi
  • Dünən, 15:58
    Paraqvay çirkli oyunu heç bir işə yaramadı - ''Əksinə biz onları əsəbləşdirdik''
  • Dünən, 15:30
    ''Fənərbaxça'' bu transferi təkzib etdi
  • Dünən, 14:59
    Cüdoçumuz Praqada "gümüş" qazandı
  • Dünən, 14:27
    Madriddən Londona üz tutacaq
  • Dünən, 13:56
    "Vestri"nin baş məşqçisi Qurban Qurbanovdan nə gizlədir? - xalları qurban verdi
  • Dünən, 13:42
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 13:11
    Millimiz Albaniya ilə qarşılaşacaq
  • Dünən, 12:43
    "Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
  • Dünən, 12:27
    ''Beşiktaş'' gənc qürbətçini transfer etdi
  • Dünən, 11:58
    "Sabah"ın məğlub heyəti, qələbə həsrəti - "bayquşlar" ÇL-yə hazırdımı?
  • Dünən, 11:32
    Milandan Turinə yollana bilər
  • Dünən, 11:00
    Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə!
  • Dünən, 10:31
    Karyerasını başa vurdu
  • Dünən, 10:00
    Tanınmış qapıçı daha bir il Türkiyədə oynayacaq
  • 4-07-2026, 23:0
    “Xızıroğlu” Xızır kimi yetişdi
  • 4-07-2026, 23:0
    "Qarabağ"dan 1-ci liqa klubuna keçdi
  • 4-07-2026, 22:0
    "Turan Tovuz" yeni qapıçı transfer etdi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 270
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 163
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 139
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Oxunub: 138
Kaşkilyanın da Allahı var!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə