Vidadi Rzayev özünü 18 yaşlı gənc kimi hiss edir
“Qocalmağı xüsusi qeyd etməyin nə mənası var?”
Dünən veteran futbolçu Vidadi Rzayevin doğum günü idi. 51 yaşını tamamlayan “Vidoş” karyerası ərzində milli ilə yanaşı, “Kəpəz”, “Neftçi”, “Turan”, “Şəmkir” və “Olimpik”in şərəfini qoruyub. 1996-cı ildə ölkənin ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi qısa müddət də olsa, legioner həyatı yaşayıb. 1993-cü ildə Qroznı “Terek”ində 14 matçda iş başında olan “Vidoş” 2000- də Türkiyəyə yollanaraq Ruslan Abdullayevin baş məşqçisi olduğu “Ərzurumspor”da 2 oyuna çıxıb. Doğum günündə veteran futbolçu ilə əlaqə saxlayıb, həm təbrik etdik, həm də ötən günləri yada saldıq.
- Öncə doğum günü münasibəti ilə sizi təbrik edirik.
- Diqqətinizə görə minnətdaram. Sizdən təbrik eşitmək mənə xüsusi zövq verir.
- Bu gün sizi ilk təbrik edən kim oldu?
- Ailə üzvlərimi nəzərə almasaq, ilk təbriki birvaxtlar “Turan”da bir yerdə oynadığımız Eldar Bədəlovdan aldım. O hazırda Kazbek Tuayevin rəhbərlik etdiyi idman məktəbində çalışır. Gün ərzində isə mesaj yazanlar, zəng vuranlar çox olub. Fürsətdən istifadə edib məni yada salanların hamısına təşəkkür etmək istəyirəm.
- Bu günə kimi ən yaddaqalan ad gününüz hansı olub?
- Açığı, heç vaxt doğum günümü təmtəraqlı qeyd etməmişəm. Nədənsə belə tədbirlərdən xoşum gəlməyib.
- Sizdən əvvəl ölkənin tanınmış futbol veteranlarından biri ilə söhbət edirdim. Ona doğum gününüz olduğunu bildirəndə, bilirsiz, nə dedi?
- Dəqiq bilməsəm də, nə dedyini təxmin edirəm (gülür). Özüm ad günü keçirməyi xoşlamadığımdan, həmişə mənə deyəndə ki, kiminsə ad günüdü, həmin şəxsin ünvanına bir-iki “xoşagələn” söz işlədirəm. Bilirəm ki, dediklərimi mənə qaytarıb.
- Bir çoxları ad günlərini, xüsusilə də yubileylərini təmtəraqlı şəkildə qeyd etməyi xoşlayır. Ancaq siz bir qədər fərqlisiz... Yubileylərinizi də qeyd etməmisiz?
- Rəşad, hər kəs kimi, mən də xoş məqamlara çox sevinirəm. Ailədə, nəsildə, dost-qardaş arasında xoş hadisə baş verəndə, onu qeyd etməyi sevirəm. Məsələn, kiminsə övladı ali məktəbə qəbul olunub və yaxud kiminsə evində xeyir işdi. Bunlara sevinmək, qeyd etmək, həmin məclisdə fəal iştirak etmək hamımızın borcudu. Ancaq bir də var doğum günü. İnsanın yaşının üstünə yaş gəlməsi o deməkdi ki, qocalır. Qocalmağı xüsusi qeyd etməyin nə mənası var? Bu günə kimi heç vaxt ad günü keçirməmişəm. Yalnız ötən il - 50 illiyimdə ailə üzvlərimlə birgə Türkiyəyə yollanıb, istirahət etmişik.
- Bu gün (dünən) 51 yaşınız tamam olur. Sizinlə danışan zaman hardasız və nə işlə məşğulsuz? Və bu günü necə yola verəcəksiz?
- Vallah, heç bir xüsusi plan yoxdu. Səninlə danışan zaman kənddə, öz həyətimdəyəm. Bağda işləyirəm. Bir az pomidor, xiyar və başqa tərəvəzlər əkmişəm. Onları sulayıram. Özün də bilirsən ki, mənim üçün həmişə, təbii ki, ailəmdən sonra ilk pillədə futbol, ikinci yerdə isə təbiətlə təmas olub. Torpağı sevən adamam.
- Çox vaxt deyirlər ki, kişinin yaşını yox, halını soruşmaq lazımdı. Vidadi bəy 51 yaşında özünü necə hiss edir?
- Maşallah, özümü 18 yaşı olan gənc kimi hiss edirəm (gülür). Buna görə isə ilk növbədə futbola, sonra isə təbiətə borcluyam. Sağlam həyat keçirmək insana cox vacibdi, bütün gənclərə də arzu edərdim ki, pis vərdişlərdən uzaq olub, idmanla məşğul olsunlar. Fərqi yoxdu, peşəkar və ya həvəskar şəkildə. Bir də insanın daxili təmiz olmalıdı. Paxıl olmamalı, dünya malının dalınca qaçmamalıdı. Bunun üçün isə təbiətlə təmas vacibdi. Hər dəfə təkbaşına dağa və yaxud meşəyə yollananda insanın canlı aləmin bir hissəi olduğunu dərk edir, özümə qapılır, çox şey haqda fikiləşirəm. Deyəsən, lap filosoflar kimi danışdım ( gülür). Ancaq həqiqətən də belə olur.
- “Vidoş” futbol aləmində mahir ovçu kimi də tanınır...
- Adətən, ovçular bir qədər dildən pərgər olurlar, birinin üstünə beşini qoymağı xoşlayırlar. Sən indi mənə mahir ovçu dedin. Ancaq mən özümü həvəskar hesab edirəm. Mənimki həvəsdən irəli gələn bir şeydi. Uşaqlıqdan kənddə, dağların ətəyində, meşəlik ərazidə böyüdüyümdən ova marağım olub. Bu indi də də davam edir. Peşəkar ovçu tam başqa olur. Ov mənim üçün daha çox hobbidi desək, düz çıxar.
- Sizinlə bir yerdə futbol oynayanların çoxu hazırda Bakıda yaşasa da, siz nədənsə kənd həyatına üstünlük verdiz. Bu nədən qaynaqlanır?
- Bu sual mənə çox verilib. Hamıya da eyni cavabı verirəm: şəhərdə özümü qəfəsdəki kimi hiss edirəm. Qutuya oxşar daş-beton binalarda yaşamaq mənlik deyil. Heyf deyil kənd həyatı. Ürəyim sıxılanda bir dəfə həyətimi gəzib, torpaqla başımı qatanda bütün problemləri unuduram. Bəlkə də övladlarım paytaxtda yaşamaq istəsəydilər, onlara görə birtəhər özümə güc gəlib, Bakıda məskunlaşardım. Ancaq onlar da mənə oxşadılar. Bakıda qalmaq istəmədilər. Kənd onlar üçün daha doğma oldu. Hər iki qızım ali təhsili də Gəncədə aldılar, universiteti bitirəndən sonra da burda işləmək istədilər. Deməli, bu gendən gələn bir şeydi.
- Futbol oynadığınız dönəmdə ad gününüz oyun gününə təsadüf edəndə komanda yoldaşlarınız sizi necə təbrik edirdilər?
- Şərəfini qoruduğum bütün komandalarda yazılmamış qanun var idi. Kiminsə ad günü oyun gününə təsadüf edirdisə, heç vaxt matçdan öncə həmin futbolçunu təbrik etmirdilər. Bunun düşər-düşməzi ola bilərdi. Allah eləməsin, həmin gün komanda uduzsaydı, hamı birağızdan “ad günün bizə düşmədi” deyərdi. Həmişə təbriklər qarşılaşmdan sonra olub. SSRİ vaxtı isə bir başqa idi. Gənc yaşlarımda ölkənin ən köklü klubunun şərəfini qorumaq qismətim olub. Həmin illərdə komanda şəklində bir araya gəlib yüngülvari formada doğum gününü qeyd edərdik.
- Elə olub ki, doğum gününüzü yolda qeyd edəsiz?
- Mənim yaddaşım o qədər də güclü deyil. Bəlkə olub, ancaq indi xatırlaya bilmirəm. Məncə, olub. Ancaq hansı ildə və kiminlə oyuna yollandığımız dəqiq yadımda deyil. Səhv etmirəmsə, Moskva klublarının biri ilə görüşə yollanırdıq. Uşaqlar dedilər ki, səfərdə qələbə qazansaq, sənə Moskvadan bahalı hədiyyə alıb verəcəyik.
- Hədiyyədən söz düşmüşkən, müsahibənizdə bildirmisiz ki, ən yaddaqalan hədiyyəni bu yaşa qədər sizə Şəmkirin sabiq icra başçısı Aslan Aslanov verib. Sirr deyilsə, nə idi həmin hədiyyə?
- Adını deməyəcəyəm, ancaq bu günə qədər o mənim evimdədi və dəyərli hədiyyədi. Ümumiyyətlə, Aslan müəllim çox diqqətli adam idi. Futbolçulara hədiyyə verməyi xoşlayırdı.
- Ov həvəskarı olduğunuzdan hədiyyə tüfəng deyil ki?
- Xeyr, tüfəng deyil. Ancaq hazırda da evimdədi və mənim üçün çox qiymətlidi.
- Şablon sual. 51 yaşını qeyd edən “Vidoş” həyatını futbola həsr etdiyinə görə peşman deyil?
- Heç vaxt peşman olmamışam. Özümü başa düşəndən, 8-9 yaşından top dalınca qaçmışam. Həyatda nəyə nail olmuşamsa, buna görə futbola borcluyam. Məni xalqa tanıtdıran, hörmət qazandıran futbol olub. Bəzən görürsən kimsə deyir ki, indiki ağlım olsaydı, heç vaxt futbola üz tutmazdım, özümü başqa sahədə sınayardım. Bu düşüncədə olanlarla heç vaxt razılaşmamışam. Bəlkə də həmin şəxslər futbolda sözlərini deyə bilıməyiblər, buna görə küskündülər. Mən isə çox şey əldə etmişəm. Görün neçə ildi karyeramı başa vurmuşam. Bu gün idman mediası, “Neftçi”nin mətbuat xidməti məni yada salırsa, deməli, az da olsa, özümdən sonra iz qoymağı bacarmışam.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər