Dünən Milli Komandaların Məşq Mərkəzində AFFA prezidenti Rövnəq Abdullayev əvvəlcə yığmanın baş məşqçisi Qurban Qurbanovla, ardınca isə millinin tam heyəti ilə görüşüb. Assosiasiya başqanı komandaya Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Öz növbəsində Qurban Qurbanov çıxış edərək, AFFA rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edək ki, Rövnəq Abdullayevlə birgə AFFA-nın baş katibi Elxan Məmmədov da görüşdə iştirak edib.