
“Qarabağ” qrup üçün heyətini açıqladı
“Arsenal” 25, “Sportinq” 21 futbolçi sifariş etdi
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Siyahıda komandanın yeni transferi Araz Abdullayev də yer alıb. Beləliklə, qitə turniri üçün 26 nəfərlik heyət sifariş olunub. Bunlardan 5-i qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 3-ü hücumçudu: qapıçılar - 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov; müdafiəçilər - 2. Qara Qarayev, 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov; yarımmüdafiəçilər - 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev; hücumçular - 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 28. Con Delarj.
E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə mübarizə aparacaq “Qarabağ”ın rəqiblərindən ikisi də Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Unay Emerinin rəhbərlik etdiyi “Arsenal” qitə turniri üçün 25 futbolçu sifariş edib. London təmsilçisinin siyahısında bu oyunçular yer alıb: qapıçılar - 1. Petr Çex, 19. Bernd Leno, 26. Emiliano Martines, 44. Deyan İliyev; müdafiəçilər - 2. Ektor Belyerin, 5. Sokratis Papastatopulos, 6. Loren Kosyelni, 12. Stefan Lixştayner, 16. Rob Holdinq, 18. Naço Monreal, 20. Şkodran Mustafi, 25. Karl Cenkinson, 27. Konstantinos Mavropanos, 31. Sead Kolaşinats; yarımmüdafiəçilər - 4. Məhəmməd Elneni, 7. Henrix Mxitaryan, 8. Aron Remzi, 10. Məsut Özil, 11. Lukas Torreyra, 17. Aleks İvobi, 29. Metteo Qenduzi, 34. Qranit Caka; hücumçular - 9. Aleksandr Lakazett, 14. Pyer-Emerik Obameyanq, 23. Danni Uelbek.
Qeyd edək ki, "Qarabağ" "Arsenal"la ilk oyununu oktyabrın 4-də Bakıda, cavab görüşünü dekabrın 13-də Londonda keçirəcək.
“Sportinq”in heyəti isə kasaddı. Lissabonluların UEFA-ya təqdim olunan heyətində 21 futbolçu yer alıb. Bunlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 7-si yarımmüdafiəçi və 5-i hücumçudu: qapıçılar - 1. Emiliano Viviano, 19. Roman Salen, 40. Renan Ribeyro; müdafiəçilər - 4. Sebastyan Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 13. Stefan Ristovski, 22. Jeremi Matyü, 76. Brunu Qaşpar; yarımmüdafiəçilər - 8. Brunu Fernandeş, 9. Markos Akunya, 16. Rodriqo Battalya, 21. Rafinya, 25. Padosav Petroviç, 37. Markus Vandel Vale da Silva, 86. Nemanya Qudel; hücumçular - 10. Fredi Montero, 17. Luiş Nani, 18. Karluş Mane, 23. Abdulay Diabi, 28. Bas Dost.
Qeyd edək ki, "Qarabağ" "Sportinq"lə ilk oyununu sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda keçirəcək. Bakıdakı qarşılaşma isə noyabrın 29-da reallaşacaq.
MİRAĞA