Rusiya premyer-liqasında çıxış edən “Rostov”un avqust ayı üçün ən yaxşı futbolçusunun adı müəyyənləşib. Belə ki, Rostov şəhərinin eyniadlı təmsilçisinin azarkeşləri hər oyundan sonra klubun rəsmi saytında futbolçuların çıxışını qiymətləndiriblər. Nəticədə ötən ay ərzində fanatlardan ən yüksək xal alan, əslən Azərbaycandan olan yarımmüdafiəçi Ayaz Quliyev “Rostov”un avqustda ən yaxşı oyunçusu seçilib. Quliyevi qapıçı İlya Abayev və yarımmüdafiəçi Aleksey İonov izləyir.