Qurbanov “Azərsun Arena”da, Şalland BOS-da
Kosovo yığmamız və Farer adaları ilə oyunlar üçün heyəti açıqlayıb. Baş məşqçi Bernar Şalland 24 futbolçuya dəvət göndərib. Komandanın ulduz futbolçusu – “Latsio”da çıxış edən yarımmüdafiəçi Valyon Berişa zədə səbəbindən milliyə çağrılmayıb: qapıçılar - Samir Uykani ("Rizəspor", Türkiyə), Faton Maloku ("Kukesi", Albaniya), Visar Bekay ("Priştina", Kosovo); müdafiəçilər - Armi Rrahmani ("Dinamo", Zaqreb/Xorvatiya), Fidan Aliti ("Şkenderbü", Albaniya), Mergim Voyvoda ("Muskron", Belçika), Ardian İsmaili ("Hayduk", Xorvatiya), Kastriot Dermaku ("Kosenza", İtaliya), Leart Pakyarada ("Sandhauzen", Almaniya), Benjamin Kolloli ("Sürix", İsveçrə), Jetmir Krasniqi ("Luqano", İsveçrə), Arbenit Cemaili ("Ksamaks", İsveçrə); yarımmüdafiəçilər - Hekuran Kryeziu ("Sürix", İsveçrə), Herolind Şala ("Start", Norveç), İdriz Voça ("Lütsern", İsveçrə), Bernar Berişa ("Axmat", Rusiya), Arber Zeneli ("Herenven", Hollandiya), Milot Raşitsa ("Verder", Almaniya), Edon Zeqrova ("Genk", Belçika), Bersant Kelina ("Suonsi", İngiltərə); hücumçular -Elba Raşani ("Odd", Norveç), Donis Avdiyay ("Villem 2", Hollandiya), Vedat Muriqi ("Rizəspor", Türkiyə), Atde Nuhiu ("Şeffild", İngiltərə).
Yeri gəlmişkən, oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb. Sentyabrın 6-da jurnalistlər önünə əvvəlcə yığmanın baş məşqçisi Qurban Qurbanov çıxacaq. Mütəxəssisin mətbuat konfransı “Azərsun Arena”da, saat 17.30-da başlayacaq. Millinin açıq məşqi isə bundan yarım saat sonra start götürəcək. Kosovonun baş məşqçisi Bernar Şalland isə BOS-da media nümayəndələrinin suallarını cavablayacaq. Onun mətbuat konfransı saat 19.00-da, qonaqların açıq məşqi isə 19.30-da başlayacaq. Qeyd edək ki, jurnalistlər həm yığmanın, həm də rəqibin açıq məşqinin yalnız ilk 15 dəqiqəsini izləyə biləcək.
Qeyd edək ki, Bernar Şallandın yetirmələri Bakıya səfər ərəfəsində üç dəfə məşqə çıxacaq. Kosovolular sentyabrın 6-sı günorta saatlarında Bakıya çarter reysiylə gələcək və "Hyatt Regency" otelində qalacaq.
FARİZ