Fasilədən daha iki klub yararlanıb. "Səbail"lə "Keşlə" bazar günü saat 18.00-da Bayıl stadionunda üz-üzə gəlib. Premyer-liqanın son turunda, "ASK Arena"da qarşılaşan paytaxt komandaların budəfəki duelində yenə 2:1 hesabı qeydə alınıb, Ancaq bu dəfə Mladen Milinkoviçin komandası üstün olub. Hər iki komandanın baş məşqçisi start heyətində əsasən çempionatda az şans verdiyi futbolçulara güvənib.
Səbail: Elxan Əhmədov, Şəhriyar Rəhimov, Maudo Jarjue, İqor Korotetski, Enrike Perilyo, Kamal Qurbanov, Aqşin Qurbanlı, Tome Kitanovski, Emil Martinov, Vüqar Bəybalayev, Kevin Kubemba.
Keşlə: Davud Kərimi, Miloş Bosançic, Denis Silva, Adrian Skarlatake, Edvinas Girdvainis, Slavik Alxasov, Cabir Əmirli, Azər Salahlı, Samir Məsimov, Nikola Mitroviç, Amil Yunanov.
Görüşdə hesabı 18-ci dəqiqədə Aftandil Hacıyevin komandası açıb. Çempionat matçında dubl edən Kevin Kubemba yoxlama oyununda da fərqlənib. Ancaq fasiləyədək Slavik Alxasov bərabərlik qolunu vurub. İkinci hissədə isə Nikola Mitroviç "Keşlə"nin qələbə topuna imza atıb.
MİRAĞA