Sizin reklam burada

Orxan Əliyev “Sumqayıt”a qayıdıb

Title
Orxan Əliyev “Sumqayıt”a qayıdıb
2011-13-cü illər aralığında “Sumqayıt”ın şərəfini qoruyan, “kimyaçılar”dan ayrılandan sonra “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə” kimi elita təmsilçilərinə üz tutan Orxan Əliyev yenidən “gənclik şəhəri” klubunun düşərgəsinə qayıdıb. Xatırladaq ki, bir vaxtlar U-17,U-19 və U-21-in əsas simalarından sayılan yarımmüdafiəçi mövsümlərarası fasilədə Almaniyada əməliyyat olunub. Hazırda bərpa olunan Əliyev “Sumqayıt”da fərdi qaydada məşq edir. Əldə etdiyimiz məlumata görə, futbolçu ən tezi bir aydan sonra yaşıl meydanlara dönə biləcək. Son klubu “Zirə” olan Orxan azad agent statusu daşıdığından “gənclik şəhəri” təmsilçisinin onunla müqavilə bağlayacağı gözlənilir.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.