Azər Əliyev “Ufa”ya keçdi
2017/18 mövsümünü Rusiyanın birinci divizionunda yarışan “Krılya Sovertov”da keçirən, bu komandanın premyer-liqaya yüksəlməsinə vurduğu qollar və verdiyi ötürmələrlə töhfə verən Azər Əliyev Samaradan ayrılıb. Xatırlayırsızsa, təxminən iki ay əvvəl həmyerlimizin atası İlqar Əliyev qəzetimizə müsahibəsində oğluna iddialı elita təmsilçilərinin maraq göstərdiyini demişdi. Lakin baş məşqçi Andrey Tixonov israrla Azəri sərəncamında görmək istədiyindən, futbolçu “Krılya Sovertov”da qalmağı üstün tutmuşdu.
Birdən-birə nə baş verdisə, Əliyev avqustun 27-də samaralılarla yollarını ayırmalı oldu. Nə klub özü səbəb göstərdi, nə də səbəbkar. Belə də olmalıymış ki, təzəlikcə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi.
Məsələyə aydınlıq gətirmək üçün Azərin özü ilə əlaqə saxlamaq istəyirdik. Amma nə zənglərə cavab verdi, nə də mesajlara. Belədə yenidən atasını aradıq. İlqar bəy oğlu ilə klub arasında olan söhbətə toxunmaq istəmədi. Bu haqda yalnız futbolçunun özünün nəsə deyə biləcəyini vurğuladı. Əliyevin gələcək aqibəti ilə maraqlananda isə, yeni bilgi əldə edə bildik. Azər artıq “Ufa” ilə danışıqlara başlayıb və iş bitmək üzrədi. Daha doğrusu, tərəflər ortaq məxrəcə gəlib, qalır rəsmi sənədə imza atmaq.
Dünən günorta saatlarında “Ufa”nın rəsmi saytında yeni transferlə bağlı xəbər yerləşdirilsə də, bu, Azər Əliyev deyildi. 2009-cu ildə yaranmış klub “Proqres”in lüksemburqlu yarımmüdafiəçisi Olivye Tillə 4 illik müqavilə bağlayıb.
Maraq üçün qeyd edək ki, Sergey Tomarovun rəhbərlik etdiyi kollektiv ötən mövsümü 6-cı pillədə başa vurub Avroliqaya vəsiqə qazanmışdı. Bu turnirin pley-offunda isə “Reyncers” səddində “ilişdi”.
HƏBİB
P.S. Günün sonunda “Ufa”nın rəsmi saytı keçidin rəsmiləşdiyi haqda xəbər paylaşdı.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər