TANITMA
Arsenal
TANITMA
Tam adı: Arsenal Football Club
Ləqəbi: topçular, qırmızı ordu
Yaranma tarixi: 1886
Stadionu: Emireyts (60432 yerlik)
Təmsil etdiyi şəhər: London
Prezidenti: Stren Konke
Baş məşqçisi: Unay Emeri
Çıxış etdiyi çempionat: premyer-liqa
Son mövsüm tutduğu yer: 6
Forma rəngi: qırmızı-ağ (ev), mavi (səfər)
Uğurları: 13 dəfə ölkə çempionu (1930/31, 1932/33, 1933/34, 1934/35, 1937/38, 1947/48, 1952/53, 1970/71, 1988/89, 1990/91, 1997/98, 2001/02, 2003/04), 12 dəfə FA kubokunun (1929/30, 1935/36, 1949/50, 1970/71, 1978/79, 1992/93, 1997/98, 2001/02, 2002/03, 2004/05, 2013/2014, 2014/2015), 2 dəfə Liqa kubokunun (1986/87, 1992/93) qalibi.
Avrokuboklardakı göstəricisi:
Çempionlar Liqası 201 101 43 57 332-217
Avroliqa 39 20 7 12 48-20
cəmi 293 148 66 79 499-300
“Arsenal” nəinki İngiltərənin, Avropanın ən tanınmış klublarından biridi. Klubun əsası Londonun şimalındakı Hollovey bölgəsində qoyulmuşdu. İngiltərənin ən uğurlu klublarından biridi. “Topçular”ın 13 premyer-liqa və 12 FA kuboku çempionluğu var. “Arsenal” premyer-liqada ən uzun müddət lider olan və bir mövsüm məğlub olmadan çempion adına sahib çıxan yeganə klubdu. Premyer-liqanın qızıl kuboku yalnız “Arsenal”ın muzeyindədi. London təmsilçisi həmçinin FA Kubokunda 12 dəfə qalib olmaqla İngilətərə klubları arasında rekordçudu.
Əsası 1886-cı ildə qoyulan “qırmızı-ağlar” 1893-də Futbol Liqasına qatılıb. 20-ci əsrin 30-cu illərində ilk böyük uğurunu qazanan komanda bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970/1971 mövsümündə həm İngiltərə premyer- liqasını, həm də FA kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu. Sonrakı 20 ildə uğurlu oynayıb, yenə həm premyer-liqanı, həm də FA kubokunu eyni mövsümdə qazanıblar. Sonradan bu müvəffəqiyyəti iki dəfə təkrarlayıblar. “Arsenal” Çempionlar Liqasının finalına yüksələn ilk London klubu kimi də tarixə düşüb. Klubun rəngləri ənənəvi olaraq qırmızı və ağ olub, tarixi boyunca dəyişməyib. Ancaq klubun məskunlaşdığı yer bəzi dövrlərdə dəyişdirilmişdi. Qurulduğunda cənub-şərqi Londondakı Volviç səmtində yerləşən klub 1913-cü ildə şəhərin şimalına, “Arsenal”ın stadionunun olduğu yerə - Hayberiyə köçürülmüşdü. 2006-cı ildə isə Hollovey yaxınlarındakı yeni stadionları olan “Emireyts”ə köçüblər.
13 qat İngiltərə çempionu sonuncu dəfə avrokuboklarda 24 il əvvəl uğur qazanıb. Arsen Vengerin rəhbərliyi altında “qırmızı-ağlar” Çempionlar Liqasında final oynamaq hüququ qazansalar da, hər ikisində meydanı boynubükük tərk ediblər. ÇL-də “topçular”ı “Barselona”, AL-də isə “Qalatasaray” məyus edib. 2000-ci ildən 2017-dək London klubu qitənin ən mötəbər klub tunriri olan ÇL-in daimi iştirakçısı olub. Ötən mövsüm AL-də mübarizə aparan “qırmızı ordu” turnirin yarımfinalına qədər irəliləməyi bacarıb. Finalın bir addımlığında Madrid Ateltoiko”su ilə üz-üzə gələn Vengerin yetirmələri imtahandan üzüağ çıxa bilməyib. Bu günə kimi londonluların avrokuboklarda Azərbaycan təmsilçiləri ilə yolları kəsişməyib. Əvəzində “Qarabağ” AL və ÇL çərçivəsində İngiltərə paytaxtına səfər edib. Müvafiq olaraq, ”Tottenhem” və “Çelsi” ilə qarşılaşan Qurban Qurbanovun komandası 4 oyunun hamısında meydanı məğlub tərk edib.
“Arsenal” yetərincə böyük tərəfdar kütləsinə malikdi. “Qırmızı-ağlar”ın ən prinsipial rəqibi isə şimali Londondan olan qonşuları “Tottenhem”di. “Arsenal” həmçinin İngiltərənin ən zəngin klublarından biridi. Klubun qadın komandası isə İngiltərənin ən uğurlu qadın futbol komandasıdı.

Sportinq
TANITMA
Tam adı: Sporting Clube de Portugal
Ləqəbi: şirlər, zadəganlar
Yaranma tarixi: 1906
Stadionu: Joze Alavalede (50049 yerlik)
Təmsil etdiyi şəhər: Lissabon
Prezidenti: Artur Torres Pereyra
Baş məşqçisi: Joze Peserio
Çıxış etdiyi çempionat: primera
Son mövsüm tutduğu yer: 3
Forma rəngi: ağ-yaşıl (ev), qara-yaşıl (səfər)
Uğurları: 18 dəfə ölkə çempionu (1940/41, 1943/44, 1946/47, 1947/48, 1948/49, 1950/51, 1951/52, 1952/53, 1953/54, 1957/58, 1961/62, 1965/66, 1969/70, 1973/74,1979/80, 1981/82, 1999/00, 2001/02), 20 dəfə ölkə kubokunun (1922/23, 1933/34, 1935/36, 1937/38, 1940/41, 1944/45, 1945/46, 1947/48, 1953/54, 1962/63, 1970/71, 1972/73, 1973/74, 1977/78,1981/82, 1994/95, 2001/02, 2006/07, 2007/08, 2014/15), 8 dəfə Portuqaliya superkubokunun ( 1982, 1987, 1995, 2000, 2002, 2007, 2008, 2015), 1 dəfə isə Portuqaliya Liqa kubokunun (2017/18) qalibi.
Avrokuboklardakı göstəricisi:
Çempionlar Liqası 91 26 19 46 117-151
Avroliqa 169 80 38 51 265-188
cəmi 319 132 71 116 498-413
“Sportinq” fanatlarının daha çox “şirlər” adlandırdığı klub Portuqaliyanın ən titullu komandalarından biridi. Rəsmi sənədlərdə “ağ-yaşıllar”ın yaranma tarixi kimi 1906-cı il göstərilsə də, əslində klubun əsası 4 il öncə, daha dəqiq desək 1902-də qoyulub. “Sportinq” Avropanın ən sabit klublarından biri kimi tanınır. Daxili çempionatda “şirlər” 2012/13 mövsümünü çıxmaq şərti ilə heç vaxt 5-ci pillədən aşağı düşməyib. Qeyd etdiyimiz mövsümdə isə komanda mövsümü 7-ci pillədə tamamlayıb ki, bu da azarkeşlər tərəfindən ciddi narazılıqla qarşılanıb. Daxili birincilikdə daim adı iddiallılar arasında çəkilən Lissabon təmsilçisi avrokuboklarda titul qazana bilməyib. 2005-ci il mayın 18-də Lissabonda keçirilən finalda “ağ-yaşıllar” buna yaxın olsalar da, Moskva ÇSKA-sı onların kubok arzusunu gözündə qoyub. Çox maraqlıdı ki, həmin matçda “Sportinq” birinci hissədən sonra 1:0 hesabı ilə öndə olub. 2011/12 mövsümündə “Qarabağ”ın rəqibi Avroliqanın yarımfinalına qədər irəliləməyi bacarıb. Ancaq burda Bilbao “Atletiko”su lissabonluların finala adlamasına mane olub. Buna qədər isə, daha dəqiq desək, 2008/09 “futbol ili”ndə “zadəganlar” Çempionlar Liqasında parlaq çıxışla bir çoxlarının rəğbətini qazanmağı bacarmışdı. Ancaq “şirlər” uğurun davamını gətirmədi. 1/8-də “Bavariya” səddində “ilişdilər”. İki oyunun nəticəsinə görə Almaniya təmsilçisinə 1:12 hesablı yenilgi klubun tarixinə avrokuboklarda ən acı məğlubiyyət kimi düşüb. Onu da qeyd edək ki, “Sportinq” Kriştiano Ronaldonu dünya futboluna tanıtdıran klubdu. Lissabon təmsilçisini bizə yaxın edən daha bir məqam isə Budaq Nəsirovun bu klubun ikinci komandasına cəlb olunmasıdı. Hazırda icarə əsasında “Zirə”nin şərəfini qoruyan dayaq yarımmüdafiəçisi müqavilə ilə “şirlər”ə məxsusdu.
Portuqaliyanın əksər aparıcı klubları kimi daha çox futbolçu satışından gəlir əldə edən “Sportinq”in hazırda maliyyə durumu o qədər də yaxşı deyil. 1994-cü ildə heç kimə bir qəpik borcu olmayan “zadəganlar”ın balansında olan daşınmaz əmlakla birgə büdcəsi 55 milyon avro təşkil edirdisə, son audit yoxlaması qanqaraldıcı fakt ortaya çıxarıb. Hazırda heç bir əmlaka sahib olmayan klubun borcu 300 milyon avronu keçib ki, bu da yarıtmaz idarəçiliyin nəticəsidi.

Vorskla
TANITMA
Tam adı: ООО Футбольный клуб
Ləqəbi: yaşıl- ağlar, vorsklular
Yaranma tarixi: 1955
Stadionu: Butovsky Memorial Vorskla Stadium
(24795 yerlik)
Təmsil etdiyi şəhər: Poltava
Prezidenti: Roman Çernyak
Baş məşqçisi: Vasili Saçko
Çıxış etdiyi çempionat: premyer-liqa
Son mövsüm tutduğu yer: 3
Forma rəngi: ağ (ev), yaşıl (səfər)
Uğurları: 2 dəfə Ukrayna çempionatının (1996/97, 2017/18) bürünc mükafatçısı,1 dəfə ölkə kubokunun (2009) qalibi.
Avrokuboklardakı göstəricisi:
Avroliqa 26 11 4 11 34-34
İntertoto 6 2 3 1 11-8
cəmi 32 13 7 12 45-42
Poltava təmsilçisi Ukraynanın güclülər dəstəsində ilk dəfə 1996-cı ildə debüt edib. İlk adı “Kolxoznik” olan klub ötən əsrin 50-ci illərində Ukraynanın birinci katibi olan Mixail Staxurskinin təşəbbüsü ilə yaradılıb. 1955-ci il mayın 2-də Poltava təmsilçisi ilk rəsmi oyununu keçirib. Odessa “Şaxtyor”una 0:2 hesabı ilə uduzan poltavalılar bir il sonra Ukrayna kubokunu başı üzərinə qaldırmağı bacarıb. Tarixi ərzində dəfələrlə adını dəyişən klub 1984-dən “Vorskla” adı altında çıxış etməyə başlayıb. Ukrayna müstəqillik əldə etdikdən sonra “yaşıl-ağlar” birinci dəstədə çıxış etməyə başlayıb. Yalnız 1996-cı ildə komanda elitaya yüksəlib. Premyer-liqaya yüksəldiyi ilk mövsümdəcə poltavalılar avrokuboklara vəsiqə qazanmağı bacarıblar. Onu da qeyd edək ki, müstəqil Ukrayna çempionatları tarixində “Vorskla” Kiyev “Dinamo”sunun qapısından bir oyunda 4 top keçirən yeganə klubdu. Həmin matç 1996/97 mövsümünə təsadüf edib. 12 ildi elitada çıxış edən “yaşıl-ağlar” tarixi ərzində 3 dəfə avrokuboklara qatılıb. İki dəfə UEFA kubokunda çıxış edən komanda bir dəfə də İntertotoda ölkəsini təmsil edib. 2011/12 mövsümündə Şimali İrlandiya təmsilçisi “Qlentoran”ı, İralndiya “Slayqo Rovers”ini və Buxarest “Dinamo”sunu mübarizədən kənarlaşdıran poltavalılar Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıblar. Həmin il cəmi 2 xal toplayan Saçkonun komandası qrupu sonuncu pillədə başa vurub. Son dəfə 2016/17 “futbol ili”ndə qitəmiqyaslı turnirdə iştirak edən “yaşıl-ağlar” yarışa birbaşa üçüncü mərhələdən qatılıb və Xorvatiya “Lokomotiv”inə boyun əyməklə mübarizəni dayandırıb.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər