Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəyişdi

24.10.2025 14:32 2
İdman
Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni qərara əsasən, mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.

Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə 11-də keçiriləcək.

Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Qeyd edək ki, daha əvvəl mundialın iyulun 9-16-sı aralığında təşkili planlaşdırılmışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul