Riçard Almeydanın şərəfini qoruduğu "Astana" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Dünən pley-offun cavab oyununda Cənubi Kipr APOEL-i ilə evdə qarşılaşan Qazaxıstan çempionu oyunun əsas vaxtında qapısını toxunulmaz saxlayaraq 1 qol vurub. "Qarabağ"ın braziliyalı sabiq yarımmüdafiəçisi Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib. İki görüşün nəticəsinə əsasən ümumi hesab bərabərləşdiyindən əlavə vaxta ehtiyac duyulub. Burda da hesab dəyişmədiyi üçün qalib penalti seriyasında müəyyənləşib. "Astana" Almeyda və Enrikenin dəqiq yerinə yetirdiyi penalti zərbələri ilə 2:1 hesabıyla qalib gələrək, ardııcl 3-cü il qrupa çıxıb. .
Qeyd edək ki, Pedro start heyətində meydana çıxıb. Riçard isə 53-ci dəqiqədə oyuna qoşulub və cəmi 4 dəqiqə sonra sarı vərəqə alıb.