Məlum olduğu kimi, bu ilin may-avqust aylarında "Bakcell Arena"da AFFA tərəfindən əsaslı təmir işləri aparıldı. Artıq yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. 2012-ci ildə fəaliyyətə başlayan "Bakcell Arena" 2017-nin sonuna qədər 140 qarşılaşma və 240 saatlıq məşq qəbul edib. Bu matçlardan 53-ü beynəlxalq oyunlardı.
AFFA-nın “Grow 2020” inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir. Assosiasiya tərəfindən “Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın süni ot örtüyü təbii ilə əvəzlənir. Həmçinin stadion ərazisində 1 təbii qazonlu yeni məşq meydanı inşa olunur. Bundan başqa, “Zirə”nin ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunda süni qazon çıxarılıb və vəzinə təbii örtük salınır.