“Mançester Yunayted futbol məktəbi” niyə dayandı?
“Bu məsələ təkcə AFFA-nın mövqeyindən asılı deyildi”
Ötən sayımızda “Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyət müddətinin başa çatdığını xəbər vermişdik. Belə ki, Bakıda yaradılan həmin məktəb uşaq futbolunun inkişafı məqsədilə 2014-cü ildə AFFA, “Bakcell” şirkəti və İngiltərənin məşhur klubunun – MY-nin birgə əməkdaşlığı çərçivəsində təsis olunmuşdu. Tərəflər arasında bağlanan müqaviləyə əsasən artıq “Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyəti sona çatıb. Bu müddətdə layihə “Bakcell” şirkəti tərəfindən dəstəklənirdi.
Qısa da olsa, sözügedən futbol məktəbinin ötən müddətdə gördüyü işləri xatırlayaq. Seçimlərdə uşaqlar hər bir kateqoriya üzrə MY-dən ezam olunan məşqçilər tərəfindən seçilirdilər. İlk dəfə keçirilən seçim prosesində 201 uşaq iştirak etmişdi və 3 qrup (iki qrup U-11, bir qrup U-9) yaradılmışdı. Məktəbdə uşaqlara MY fəlsəfəsinə əsalanan məşqlər keçilməsi ilə yanaşı, bir müddət sonra paralel olaraq həftədə iki dəfə ingilis dili də tədris olunmağa başladı. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə 3 qrup yaradıldısa, ötən ildən etibarən məktəbdə 2 dəfə çox - 6 qrup fəaliyyət göstərirdi. “Mançester Yunayted futbol məktəbi” inkişaf modelinə texniki, taktiki, fiziki, əqli (mental) və sosial istiqamətlər daxil etmişdi. Məktəbə marağı artıran məqamlardan biri də İngiltərədəki akademiya ilə işbirliyi şəraitində fəaliyyət göstərməsi idi. Bunun nəticəsi kimi məktəbin bir neçə üzvü artıq Mançester şəhərindəki akademiyada olub, məşq prosesini izləyib, təşkil olunan müsabiqələrdə iştirak edib. Məsələn, “Old Trafford” stadionunda 2015-ci ildə keçirilən “World Skills Final” oyunlarında Azərbaycanı Nicat Quliyev təmsil etmişdi. Bundan başqa, MY-nin əfsanəvi futbolçularının bir neçəsinin Bakıya səfər etməsi, uşaqlarla görüşməsi, təcrübəsini bölüşməsi də qeyd edilməlidi. İki il öncə bu klubun məşhur futbolçularından biri Lui Sahanın “Mançester Yunayted futbol məktəbi”nə baş çəkməsi, valideyn və uşaqlarla görüşü, gənc futbolçulara məşq keçərək öz təcrübəsini bölüşməsini yada salaq. Ötən il bu məktəbin komandası U-14 liqasının qalibi oldu.
Təbii, bütün bunlar müsbət məqamlardı. Lakin hər şey yüksək səviyyədə idisə, müqavilə niyə uzadılmayıb? Bu haqda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik: “Müqavilə müddətinin uzadılması təkcə AFFA-dan asılı olan məsələ deyil. Sözügedən futbol məktəbinə “Bakcell” şirkəti dəstək göstərirdi. Düzü, danışıqlar prosesində iştirak etməmişəm. Hər şeyi təfərrüatı ilə deyə bilmərəm. Ancaq onu bildirim ki, bu məsələ təkcə AFFA-nın mövqeyindən asılı deyildi. Məktəbdə görülən işlər, qazanılan uğurlar göz qabağında idi. Çox fərqli bir sistemdə məşq keçirdilər və ötən mövsüm U-14 liqasının qalibi oldular. Kifayət qədər yaxşı nəticələri var idi. AFFA pul ayırmırdı, məktəb “Bakcell”in dəstəyi ilə fəaliyyət göstərirdi. Həmçinin orda həm pulsuz, həm də pullu qruplar var idi. Uşaqlara gəlincə, onların böyük əksəriyyəti müxtəlif klubların oyunçuları idi. Sadəcə, gəlib “Mançester Yunayted futbol məktəbində” da məşq keçirdilər”.
FARİZ

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər