Dünən Samir Abasovun “Zirə”nin baş məşqçisi kimi təyinatı rəsmiləşdi. Onunla əlaqə saxlayıb, yeni işi ilə bağlı söhbətləşmək qərarına gəldik. Məlum oldu ki, çalışdırıcı cümə günü jurnalistlərin suallarını cavablayacaq. Belə ki, komandanın sabahkı məşqindən öncə Abasovun media nümayəndələrin üçün brifinqi keçiriləcək.
"Zirə”nin yeni məşqçilər korpusu isə artıq müəyyənləşib. Samir Abasov "Sumqayıt”da birgə çalışdığı Seymur Rəhimovla Vəfadar Quliyevi yanına gətirib. Qapıçı məşqçisi funksiyasını isə "Zirə" premier-liqada çıxış edəndən komandanın sıralarında olan Anar Niftəliyev yerinə yetirəcək.