"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar

12.10.2025 12:25 11
Ölkə futbolu
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

"Football-plus.az" xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.

Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.