Qazaxıstanda keçirilən “Prezident kuboku”na dünən yekun vurulub. Xəbər verdiyimiz kimi, U-17 finalda Krasnodar Futbol Akademiyasından olan həmyaşıdları ilə münasibətləri aydınlaşdırıb. Oyunun əsas vaxtı 0:0 hesabıyla başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub. Yığmamızın üzvlərindən Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu adına layiq görülüb.