Sizin reklam burada

“Rəqabətin hər birimizə faydası var”

Title
“Rəqabətin hər birimizə faydası var”
Səlahət Ağayev üçün heç-heçə ədalətli nəticədi
"Neftçi” mövsümə uğurlu başladı. “Ağ-qaralar” yığmalara görə yaranan fasiləyə turnir cədvəlinin lideri kimi yollandı. Bununla da Roberto Bordinin komandası çempionluq iddiasını ortaya qoydu. Bütün bunlarla bağlı komandanın əsas qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib. Onun fikirlərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Mövsümə yaxşı başlamışıq. Üç oyuna 7 xal uğurlu nəticədi. "Sumqayıt”, "Qəbələ” və "Qarabağ” kimi rəqiblərdən ümumi hesabda 7 xal almağımızı qənaətbəxş saymaq olar. Qapımızda isə 2 qol görmüşük ki, bu da normal göstəricidi. Buraxılan qollardan lazımi dərsləri almalıyıq... "Neftçi”nin azarkeşlərini çox yaxşı başa düşürəm. Bizim klubu başqalarından fərqləndirən amillərdən biri məhz həmişə maksimum nəticə tələb edən azarkeşlərdi. Bütün klublara hörmətlə yanaşıram, amma bizim fanatlarımız hər zaman yanımızdadı. Bunu "Azərsun Arena”da da hiss etdim. “Qarabağ”la oyunda qələbə də qazana bilərdik. Çünki kifayət qədər qol şanslarımız var idi. Hətta buraxılan qoldan sonra da oyunun taleyini dəyişmək üçün imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Digər tərəfdən, rəqibin də bir neçə epizodu var idi. Məncə, heç-heçə ədalətli nəticədi... Həm Rəşad Əzizli, həm də Kamran İbrahimov əla qapıçılardı. Rəqabətin hər birimizə faydası var. Bəli, meydana yalnız birimiz çıxırıq. Buna baxmayaraq, hər üçümüzün arasında münasibət çox yaxşıdı. Biz yoldaşıq, dostuq. Eyni işi görürük. Əsas odu ki, komanda qalib gəlsin”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.