“Mançester Yunayted Futbol Məktəbi”nin fəaliyyət müddəti başa çatıb. Bakıda yaradılan məktəb uşaq futbolunun inkişafı məqsədilə 2014-cü ildə AFFA, “Bakcell” şirkəti və İngiltərənin məşhur klubunun birgə əməkdaşlığı çərçivəsində təsis olunmuşdu. Tərəflər arasında bağlanan müqaviləyə əsasən artıq “MY Futbol Məktəbi”nin fəaliyyəti sona çatıb. Bu müddətdə layihə “Bakcell” şirkəti tərəfindən dəstəklənirdi.