Məşhur müğənni Bakıda oxuyacaq
Müəllif: football Tarix: 29-08-2018, 23:31 609 Baxış

Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq. 75 yaşlı sənətçi ölkəmizə Beynəlxalq Cüdo Federasiyasının (İJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında təşkil olunacaq açılış mərasimində konsert proqramı ilə çıxış edəcək. Daha çox “Felicita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Budapeştdə keçirilən analoji yarışın açılış mərasimində İJF-nin himnini oxuyub və yarımsaatlıq konsert proqram ilə çıxış edib.
Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb.