Sizin reklam burada

Yığmanın gücü bir xala çatdı

Müəllif: football Tarix: 28-08-2018, 21:48 776 Baxış
Yığmanın gücü bir xala çatdı
AÇ-2019-un seçmə mərhələsi
AZƏRBAYCAN – Yunanıstan 2:3 (25:20, 25:22, 22:25, 18:25, 5:15)

Azərbaycan: Rəsul İbrahimov – 17, Pərviz Səmədov – 11, Vüqar Bayramov – 11, Dmitri Baranov – 7, Dmitri Obodnikov – 6, Andrey Vasilenko - 1, Elmin Alışanov, Aqil Ağazadə, Aleksey Çervyakov, Tural Həsənli, Kənan Allahverdiyev (l), Asif Əliyev, İvan Kazaçkov, Vadim Kutukov.
Baş məşqçi: Fərid Cəlalov.
Yunanıstan: Nikos Zupani – 21, Atanasios Protopsaltis – 19, Menelaos Kokkinakis - 13, Georgios Petreas - 10, Konstantinos Stivaçtis - 4, Andreas-Dimitrios Fraqkos – 2, Panagiotis Pelekudas – 2, Aleksandros Raptis - 1, Dimitro Filipov - 1, Anestis Dalakuras - 1, Dimitrios Zisis (l), Yannis Takuridis, Teoloqos-Xristos Daridis, Stavros Kasampalis.
Baş məşqçi: Dimitrios Andreopulos.
Hakimlər: Lusian-Vasile Nastase (Rumıniya), Yavuz Akdəmir (Türkiyə).
26 avqust. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 250 tamaşaçı.
Oyun vaxtı: 110 dəqiqə (25+27+25+22+11).
Şənbə günü G qrupunda İsveç səfərdə Lüksemburqa uduzub – 2:3 (25:23, 25:19, 20:25, 22:25, 10:15). Bu nəticə yığmamıza 2-ci yerdə möhkəmlənmək imkanı verirdi. Səfərdə Yunanıstana müqavimət göstərə bilməyən millimiz evdə ən azı 1 xal qazanmaq niyyətindəydi. Fərid Cəlalov Bakıda tam fərqli oyunun baş tutacağını demişdi. Gənc mütəxəssisin proqnozu doğruldu. Komandamız özündən güclü rəqibdən çəkinmədən oynadı. Voleybolçularımızın xarakter göstərməsi alqışalayiq idi. İlk setin əvvəllərində qonaqlar hesabda öndəydi. Ancaq tədricən təşəbbüs komandamızın tərəfinə keçdi. Son hücumlarda Vüqar Bayramovun sərt zərbələri yunanlara problem yaradınca ilk set hesabımıza yazıldı. Bu, seçmə mərhələdə Yunanıstanın uduzduğu ilk set oldu. İkinci setdə də eyni ssenari yaşandı. Rəqib 3 xal fərqiylə öndə olsa da, komandamız sınmadı. Etiraf edək ki, müəyyən epizodlarda hakimlərin mübahisəli qərarları da lehimizə oldu. Rəsul İbrahimovun məhsuldar çıxışı fonunda 2-ci seti də qazandıq. Üçüncü setdə uzun müddət xala-xal prinsipi getdi. Ancaq sona doğru yunanlar geridönüş edib ümumi fərqi minimuma endirdi. Dördüncü setə komandamız yaxşı başlamışdı. Ancaq həlledici məqamda səviyyə fərqi özünü göstərdi. Bu setin ortalarından etibarən yığmamız oyununu itirdi və sonadək özünə gələ bilmədi. Nəticədə tay-brekdə də rəqibə müqavimət göstərmək mümkün olmadı. Bir xalla təsəlli tapan yığma Avropa çempionatına çıxmaq şansını saxlayır. Yunanıstan isə sona iki tur qalmış final mərhələsinə vəsiqəni təmin etdi.
1. Yunanıstan 4 4 0 12-2 11
2. AZƏRBAYCAN 4 2 2 8-10 5
3. İsveç 4 1 3 7-10 5
4. Lüksemburq 4 1 3 6-11 3
5-ci turun oyunları gələn il yanvarın 5-6-da reallaşacaq: Yunanıstan – İsveç, AZƏRBAYCAN – Lüksemburq.

Reaksiyalar
Georgios Petreas: “Qalib gəldiyimiz üçün şadam. Azərbaycan bu gün yaxşı oynadı. Evdə 3:0 hesabıyla qalib gəlmişdik. Ancaq Bakıda xeyli problemlə üzləşdik. Buna baxmayaraq, əsas odu ki, qələbə qazandıq və AÇ-yə bilet əldə etdik”.
Tural Həsənli: “Bu qrupun favoriti Yunanıstandı. Qələbə şansını əldən verdik. Ancaq son 2 oyunda qalib gəlib, final mərhələsinə vəsiqə qazana bilərik”.
SƏRXAN
SON XƏBƏRLƏR