Sizin reklam burada

Futbol şousunda qalib müəyyənləşmədi

Baxış Sayı:1 656

Futbol şousunda qalib müəyyənləşmədi
11. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 1:1 (0:1)
12. Şahruddin Məhəmmədəliyev – 5,5
25. Ansi Aqolli (k) – 5,5
52. Yakub Jezniçak – 5,5
4. Rahil Məmmədov – 6,0
30. Abbas Hüseynov – 6,0
6. Simeon Slavçev – 4,5
(2. Qara Qarayev, 62) – 5,0
91. Coşqun Diniyev – 5,5
18. İsmayıl İbrahimli – 4,5
(11. Mahir Mədətov, 46) – 6,0
19. Filip Ozobiç – 6,5
28. Con Delarj – 5,5
(77. Vild-Donald Gerye, 87) – qiymətsiz
7. İnnosent Emeqara – 6,0
Ehtiyat oyunçular
13. Vaqner
5. Maksim Medvedev
14. Rəşad Sadıqov
17. Abdulla Zubir
21. Hacıağa Hacılı
22. Rövlan Muradov
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç

1. Səlahət Ağayev – 5,5
21. Məhəmməd Mirzəbəyov – 6,0
25. Kiril Petrov – 6,0
(28. Slavko Braliç, 90) – qiymətsiz
5. Anton Krivotsyuk – 6,0
18. Tural Axundov – 5,0
8. Emin Mahmudov (k) – 6,5
93. Soni Mustivar – 5,5
9. Baqali Dabo – 5,0
6. Qoran Paratski – 5,5
10. Dario Federiko – 5,5
(26. Ömər Buludov, 67) – 5,0
11. Kvame Karikari – 5,5
(22. Mirabdulla Abbasov, 79) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
7. Namiq Ələsgərov
4. Rəşad Eyyubov
12. Kamran İbrahimov
17. Rəhman Hacıyev
37. Vüsal Əsgərov
70. Əli Şirinov
77. Elvin Sərkərov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov
Qollar: K.Karikari, 28 (0:1, D.Federiko). İ.Emeqara, 70 (1:1, F.Ozobiç).
Vərəqə: M.Mədətov, 84 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
26 avqust. Suraxanı. Azərsun Arena. 3000 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Çempionata iki qələbəylə başlayan “Neftçi”nin son illərin dəyişməz çempionuna qarşı necə oynayacağı maraqlıydı. Azarkeşlərin tribunalara axışması da gərgin mübarizə üçün əla stimul idi. Qurban Qurbanov “Şerif”lə cavab oyununu düşünərək heyətdə rotasiyalara əl atmışdı. Roberto Bordinin ilk “11-liy”i isə gözlənilən idi.
Bu oyunu ilk 3 turun ən yaxşısı adlandıra bilərik. Hərçənd ilk dəqiqələrdə fırtına ərəfəsində səssizlik hökm sürürdü. Topa nəzarət edən meydan sahibləri əsasən sağ cinahdan həmlələr edirdi. Ancaq qonaqların müdafiə xətti boşluq vermirdi. Ozobiçin 13-cü dəqiqədə qapının üstündən keçən zərbəsiylə təhlükəli epizodlar seriyasına start verildi. Mahmudovdan əla ötürmə alan Mirzəbəyovun vuruşunu Jezniçak kornerə çıxardı. Həmin künc zərbəsindən sonra Krivotsyukun yaxın məsafədən fərqlənməsinə Məhəmmədəliyev imkan vermədi. 21-ci dəqiqədə Ozobiçin cərimə meydançasına havalandırdığı top “Neftçi”nin qapısı qarşısında çaxnaşma yaratsa da, “dəri kürə”ni tora qovuşduran tapılmadı.
28-ci dəqiqədə hesab açıldı. Mirzəbəyovun aut atışını qəbul edən Federiko dərhal qapıya paralel iti ötürmə verdi. Müdafiəçilərdən daha çevik davranan Karikari “Neftçi”də ilk qoluna imza atdı. “Status-kvo” dərhal bərpa oluna bilərdi. Ancaq ara ötürməsindən sonra qapıçıyla təkbətək çıxan Emeqara Ağayevə uduzdu.
Bundan sonra bir müddət təhlükəli epizodlara ara verildi. “Qarabağ”ı öndə qarşılayan “Neftçi” rəqibə rahat hücum qurmağa imkan vermirdi. Digər tərəfdən, “köhlən atlar”ın həmlələrində dinamika çatışmırdı. Legionerlərdən Ozobiç, Delarj və Emeqara fəallığıyla seçilsə də, Slavçev heç özünə bənzəmirdi. Onun qeyri-dəqiq ötürmələri azarkeşləri də, komandasını da təngə gətirmişdi. İkinci yarıda əvəzlənməsi məntiqli addım idi. Ancaq ona qədər Mahir İsmayılın yerinə meydana çıxmışdı. Mədətov sağ cinahda “Neftçi”yə əməlli-başlı problem yaradırdı. Artıq “Qarabağ” daha sürətli və məzmunlu futbol sərgiləyirdi. Hərçənd “Neftçi” ən azı iki dəfə fərqi artıra bilərdi. Ancaq Karikari əla fürsətləri boşa verdi. Nədənsə Bordin 78 dəqiqə Kvameyə münasibətdə səbrli davrandı. Halbuki Mirabdullanı daha tez buraxıb, rəqib müdafiəsini təzyiqdə saxlaya bilərdi. Bu dəfə Dabo da komandasına ciddi fayda verə bilmədi. Federiko isə növbəti dəfə 90 dəqiqə oynamağa hazır olmadığını göstərdi.
İkinci hissədə Emeqara və Ozobiç xeyli fəallaşmışdı. İnnosent növbəti dəfə Səlahətlə təkbətəkdən məğlub ayrılsa da, 3-cü cəhddə arzusuna çatdı. Filipin ara ötürməsini boşa verməyən Emeqara təxminən 4 ildən sonra “Qarabağ”ın formasında qol sevinci yaşadı. 80-ci dəqiqədə Mədətovun asmasını Ozobiç başla tamamlasa da, top cüzi fərqlə qapıdan yan keçdi. Maraqlıdı ki, son dəqiqələr “Neftçi”nin üstünlüyü şəraitində keçdi. 86-cı dəqiqədə Mirabdulla Qaranın “hədiyyə”sini qola çevirə bilmədi. Uzatma dəqiqələrində isə “ağ-qaralar” iki dəfə qələbə topunu vurmaq şansını qaçırdı…
SƏRXAN

Gözdən qaçmadı
* Bax, bu başqa məsələ. Axır ki, cari mövsüm stadionlarda normal sayda azarkeş gördük. Özü də bu dəfə həm kəmiyyət, həm də keyfiyyət baxımından fəallıq var idi. Bir sözlə, həm meydanda, həm də tribunada derbiyə xas mübarizə var idi. Rəşad Sadıqova dəstək olaraq “Grande capitan” (Dahi kapitan) yazılmış və futbolçunun şəkli həkk olunmuş “İmarət”in üzvlərinin sayı həmişəkindən çox idi. Lakin “Forza Neftçi” kəmiyyət baxımından öndəydi. “Azərsun Arena”da heç vaxt qonaq sektorda bu qədər azarkeş olmamışdı. Ancaq “Neftçi”nin bəzi fanatları start fitindən bir neçə dəqiqə sonra tribunada yerini tutdu. 10-cu dəqiqədən etibarən qarşılıqlı atmacalara (söyüşlə dolu şüarlar da vardı) start verildi. Qapıarxası tribunaların fəallığını görməyə dəyərdi. Bərabərlik qolundan sonra “İmarət”in və “Qarabağ”ın rəsmi fanklubu petardlar yandıraraq, ortamı bir qədər də rəngləndirdi.
* Stadionun diktoru Ramiz Qafarov yenə səhvləriylə diqqəti çəkdi. Con Delarjın soyadını ingiliscə yazıldığı kimi – Delarge deyə səsləndirən Qafarov Vild-Donald Geryenin meydana daxil olmasını da bir neçə dəqiqə sonra azarkeşlərin diqqətinə çatdırdı.
* Hər zaman təmkinini qorumağa çalışan Qurban Qurbanov bu dəfə fərqliydi. Tez-tez futbolçularına tapşırıq verir, buraxılan səhvlər zamanı təəssüfünü gizlətmirdi. Son dəqiqələrdə bir neçə dəfə texniki zonanı tərk etdi.
* Ömər Buludov meydana daxil olanda 4-cü hakimdən aldığı spreyi Əliyar Ağayevə verdi.
* Meydandakı gərgin mübarizəyə baxmayaraq, yersiz aqressivlik müşahidə olunmadı. Təsadüfi deyil ki, referi cəmi 1 dəfə əlini cibinə atdı. Futbolçuların final fitindən sonra rəqib həmkarlarıyla qucaqlaşması, bir-birini təbrik etməsi görülməyə dəyərdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR