• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

“Neftçi” fasiləyə zirvədə yollandı

28 avq, 18 - 19:12741

“Neftçi” fasiləyə zirvədə yollandı
Topaz premyer-liqasının 3-cü turu arxada qaldı və çempionatda 20 günlük “pəncərə” yarandı. Sözsüz ki, hər kəs millinin oyunlarına görə yaranan uzun fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirdi. Meydan sahiblərinin ovqatı daha çox korlandı. Hər halda, evdə oynayan komandalardan heç biri qələbə qazana bilmədi.
Turun açılış matçında “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəldi ki, ötən tur “Sabah”ı darmadağın edən “gənclik şəhəri” təmsilçisində özünəinam artmışdı. Təsadüfi deyil ki, hesabda geri düşməsi və üstəlik, azlıqda qalması da Nazim Süleymanovun yetirmələrinin mübarizə əzminə təsir etmədi. Ancaq səfərdə əldə olunan 1 xalı baş məşqçinin ayağına yazmaq lazımdı. Onun sona yaxın müdafiəçini forvardla (Ülvi İsgəndərov “Qəbələ”nin yetirməsidi) əvəzləməsi gedişatı dəyişdi və beləliklə, “qırmızı-qaralar” “sapı özündən olan balta” (bərabərlik qolunun müəllifi Yusif Nəbiyev də bölgə təmsilçisinin “şinel”indən çıxıb) ilə vuruldu. Çətin rəqibdən səfərdə qoparılan xalın “Sumqayıt”ın düşərgəsində atmosferə yaxşı mənada təsir edəcəyi şübhəsizdi. Həm də nəzərə alsaq ki, 4-cü turdakı rəqib “Qarabağ” olacaq.
Şənbə günü baş tutan digər matçda isə “Zirə” və “Sabah” münasibətlərinə aydınlıq gətirdi. Debütant açılış turunda olduğu kimi, yenə hər kəsi təəccübləndirdi. Əslində heyətində Marko Deviç kimi qolçu olan komandanın bərabərsəviyyəli rəqib üzərində qələbəsi sürpriz sayılmamalıdı. Bu dəfə dublla yadda qalan ukraynalı meydana çıxdığı üçüncü oyunda da fərqləndi və bombardirlərin yarışında mövqeyini möhkəmləndirdi. Ötən qış fasiləsindən sonra “relsdən çıxan” “Zirə” isə deyəsən, özünə yeni baş məşqçi axtarışına başlayacaq. Hər halda, Ayxan Abbasov komandanı yeni mövsümə də hazırlaya bilməyib. Mümkündü ki, rəhbərlik uzun fasiləni fürsət bilib yeni məşqçi gətirsin.
Bazar günü baş tutan qarşılaşmalar da maraqlı nəticələrlə yadda qaldı. Günün ilk oyununda “Səbail” “Keşlə”nin qonağı oldu. Çempionata çox pis başlayan, ilk turda “Qəbələ” səfərində darmadağın olan, ikinci turda “Qarabağ” önündə heç nə edə bilməyən Bayıl təmsilçisi qolsuz və xalsız qalmışdı. Bu uğursuz gedişat davam edəcəyi halda, Aftandil Hacıyevin postu əməlli-başlı laxlayacaqdı. “Keşlə” ilə matça böyük təzyiq altında çıxan “Səbail” nəhayət ki, uğursuzluğa son qoya bildi. Kevin Kubembanın dublu sayəsində rəqibini üstələyən “Səbail” böhranı arxada qoydu. Belə desək, Kevin bu dublu ilə eyni zamanda Aftandil Hacıyevi də xilas etdi. İndi Hacıyev rahat şəkildə milliyə görə yarananş fasilədən istifadə edib, durumu düzəltməyə çalışacaq.
Turun mərkəzi oyunu isə “Azərsun Arena”da baş tutdu. Tərəddüdsüz deyə bilərik ki, ilk 3 turun ən baxımlı oyunu məhz “Qarabağ” – “Neftçi” qarşılaşmasıdı. Sürət, çoxsaylı qol vəziyyətləri, azarkeş fəallığı, gərginlik pik səviyyədə idi. Qələbəni sona 20 dəqiqə qalmış əldən verməsinə rəğmən, 1 xalı “Neftçi”nin hesabına yazmaq gərəkir. Roberto Bordinin Azərbaycanda ilk derbisindəki səfər xalı sayəsində “Neftçi” son 4 il ərzində çempionata ən uğurlu startla yadda qaldı. 2014/15 mövsümünə 9 xalla başlayan “ağ-qaralar” 2015/16-nın ilk üç oyununda 4, 2016/17-də 3 xal toplamışdı. 2017/18-in ilk üç matçında isə, ümumiyyətlə, xal qazanmayan “Neftçi” ilk dövrəni məğlubiyyətsiz oyunlar seriyası ilə başa vura bilər.
Topaz premyer-liqası
1-ci dövrə, 3-cü tur
25 avqust
Qəbələ - Sumqayıt 1:1
Zirə - Sabah 0:2
26 avqust
Keşlə - Səbail 1:2
Qarabağ – Neftçi 1:1
1. Neftçi 3 2 1 0 5-2 7
2. Sabah 3 2 0 1 4-4 6
3. Qəbələ 3 1 1 1 5-3 4
4. Sumqayıt 3 1 1 1 5-4 4
5. Qarabağ 2 1 1 0 3-1 4
6. Səbail 3 1 0 2 2-6 3
7. Keşlə 3 0 1 2 3-5 1
8. Zirə 2 0 1 1 2-4 1
Bombardirlər: Marko Deviç (Sabah) – 4, Mahir Mədətov (Qarabağ), Kevin Kubemba (Səbail) – 2.
Növbəti turun oyunları: 15 sentyabr – Sumqayıt – Qarabağ, Səbail – Zirə; 16 sentyabr – Sabah – Qəbələ, Neftçi – Keşlə.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Üçüncü dövrənin son turu lideri dəyişdi
backend
“YAŞAT turu”nda “Neftçi” liderliyə yüksəldi
backend
"Neftçi" elə startdaca büdrədi
backend
İlk duellər suallara cavab vermədi
backend
“Qarabağ” vahid liderə çevrildi
backend
“Neftçi” də avrokuboklara vəsiqəni rəsmiləşdirdi
backend
Liderlər üçün itkisiz, meydan sahibləri üçün acınacaqlı tur
backend
“Sumqayıt”da böhran davam edir
backend
Zirvədə ikihakimiyyətlik yarandı
backend
"Neftçi" vahid liderliyə yiyələndi
backend
Hamısı "yerində saydı", Dabo izləyicilərindən uzaqlaşdı
backend
Liderlər xal itirdi, ikihakimiyyətlik yarandı
backend
"Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı
backend
Olaylar və qollar ilə zəngin nəhs tur
backend
Favoritlər sensasiyaya imkan vermədi
backend
Nazim Süleymanov Samir Abasova yerini göstərdi
backend
“Sumqayıt” yenə geridönüş etdi
backend
Samir Abasovun əziyyəti hədər getdi
backend
“Sabah” yenə “Sumqayıt”a boyun əydi
backend
“Sumqayıt” dayanmır
backend
İkinci tura qol “yağdı”
backend
Yeni mövsümümüz mübarək!
backend
“Sumqayıt” “sülh”lə başladı
backend
“Qəbələ” ardıcıl ikinci mövsüm “gümüş” qazandı
backend
Debütant zirvəni fəth etdi
backend
Bu dəfə "Qarabağ" sevindi
backend
Hamı yatmış, "Neftçi" oyaq!
backend
Turun yeganə qələbəsi “Sumqayıt”ı 3-cü yerə çıxardı
backend
Qol vuran 3 xalı apardı
backend
Sürprizlər həftəsi
backend
"Səbail"dən "Qəbələ"yə növbəti zərbə
backend
“Qarabağ” yenə fərqi artırdı
backend
Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü
backend
"Keşlə" liderin işinə yaradı
backend
“Neftçi”: turun ən qazanclı komandası!
backend
“Qəbələ” dövrəni maksimum nəticə ilə başa vurdu
backend
“Qarabağ” birinci dövrəni lider bitirdi
backend
"Sumqayıt" Aftandil Hacıyevin komandasını darmadağın etdi
backend
Xal qazanmayan qalmadı
backend
"Qəbələ" darmadağınla zirvəyə yüksəldi

GÜNÜN XƏBƏRİ

backend
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş
26 may, 22 - 12:391 106

XƏBƏR LENTİ

Vanolinin aqibəti müəyyənləşdi
20:5426 may
Mbappe onu PSJ-yə gətirməyə çalışır
20:2126 may
Finalçılar Qəbələyə nə qədər azarkeş aparacaq? - AÇIQLAMALAR
20:0026 may
Rəmzi komandada iki PSJ, MS və “Liverpul”lu
19:3626 may
“Aftandil müəllimi "Səbail"in ayrılmaz, qızıl parçası sayırdıq”
19:2026 may
Çeferin ''Real''ın ittihamlarına cavab verdi
18:5526 may
“Sumqayıt” nəyi gözləyir?
18:3726 may
Salah ''Liverpul''da qalacaqmı?
18:1926 may
“Səbail” rəhbərliyinin Aftandil Hacıyevlə vidalaşmasının - ŞOK SƏBƏBLƏRİ
18:0026 may
''Fənərbaxça'' Arda üçün nə qədər pul istəyir?
17:3426 may
"Səbail"in yeni baş məşqçisi məlum oldu - RƏSMİ
17:3326 may
Elçin Məsiyevin dosyesi - ARAŞDIRMA
17:1326 may
Alonso qəti qərara gəldi
16:5826 may
"Mənim sayəmdə ölkəmdəki insanlar Azərbaycan haqda öyrənirlər" - MÜSAHİBƏ
16:3226 may
İdman jurnalistləri üçün şahmat turniri keçiriləcək
16:2526 may
Neymar haqqında gəzən iddiaya münasibətini bildirdi
16:1526 may
“Cəbrayıl” hansı stadionda oynayacaq? - AÇIQLAMA
15:5726 may
Ağır atletimiz Avropa çempionatında iştirak edəcək
15:4026 may
"Qarabağ" final matçı üçün Qəbələyə getdi - FOTOLAR
15:3726 may
"Vətən Müharibəsi" şəhidinin xatirəsinə şahmat turniri təşkil edildi
15:1426 may
Mourinyo avrokuboklarda “het-trik” etdi!
14:5926 may
“Səbail”i Mahmud Qurbanov çalışdıracaq? – ÖZÜ AÇIQLADI
14:3126 may
Bundesliqa klubunda yeni baş məşqçi
14:1226 may
Samir Abasovun taleyinə bu tarixdə aydınlıq gələcək - AÇIQLAMA
13:5626 may
Elxan Məmmədov Ukraynada
13:4526 may
Salah yeni mövsümə harda başlayacaq?
13:3326 may
“Bu həftə namizədlərdən biri ilə razılığa gəlməyi düşünürük” - MÜSAHİBƏ
13:1826 may
Kovaç yenidən bundesliqaya qayıtdı
12:5226 may
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş - AÇIQLAMA
12:3926 may
Klopp çempion ola bilməsə də...
12:1926 may
"Kəpəz" iş adamlarından dəstək istədi
11:4726 may
Benzema ən yaxşı seçildi
11:3126 may
Daha 4 karateçimiz mübarizəyə başlayır
11:1126 may
"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı
10:5526 may
Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı
10:3026 may
Argentina millisinin oyunu ləğv edildi
10:1126 may
"Qarabağ" Konfrans Liqasında bu göstərici ilə ikinci oldu
09:5026 may
"Meydana tarix yazmağa çıxdıq" - Mourinyo
09:3026 may
Konfrans Liqasında ən yaxşı futbolçu adına namizədlər
09:1526 may
"Roma"nı çempion edən qələbə - VİDEO
01:1526 may
Konfrans Liqasının ilk qalibi bəlli oldu - YENİLƏNİB
00:5726 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə