“Qarabağ” üçün “ağır ayaqlı” hakim
Cümə axşamı Tiraspolda keçiriləcək “Şerif” – “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb. UEFA-nın Hakimlər Komitəsi Avroliqanın pley-offu çərçivəsində baş tutacaq qarşılaşmanı Avstriyadan olan hakimlər briqadasına tapşırıb. Meydanda başverənlərə Harald Lehner nəzarət edəcək. Yan xətdəki köməkçiləri Andreas Haydenrayx və Maksimilian Kolbiç olacaq. Dördüncü hakim funksiyasını isə Yulian Veynberger yerinə yetirəcək.
2010-cu ildən beynəlxalq oyunlara təyinat alan avstriyalı referini yetərincə təcrübəli saymaq olar. İndiyə qədər 67 belə qarşılaşmada fit çalan Lehner yığmaların yoldaşlıq görüşləri ilə yanaşı, AÇ və DÇ-lərin seçmə mərhələ oyunlarına təyinat alıb. 2014-dən bu yana isə hər il Avroliqanın qrup mərhələsinin matçlarını idarə edir.
Bu zaman kəsiyində və bu qədər oyun sayı varkən yolunun bizimkilərlə kəsişməməsi mümkün deyil. Bəli, 2010-dan bu yana adı beş halda azərbaycanlılarla yanaşı çəkilib. 4-ü yığma səviyyəsində, 1-i klub.
İlk dəfə 2010-nun mayında – Berti Foqtsun milliyə rəhbərlik etdiyi dönəmdə Avstriyada Moldova ilə Azərbaycan arasındakı yoldaşlıq görüşündə meydanda əsas söz sahibi olub. 1:1 hesabı ilə bitən oyunda iki futbolçumuza sarı vərəqə göstərib.
Növbəti oyun yenə Avstriyadakı yoxlama matçına təsadüf edib. Bu dəfə Robert Prosineçkili yığmamız Serbiya ilə üz-üzə gələndə. 2015-in iyununa təsadüf edən görüşdə rəqib 4:1 hesablı qələbəyə sevinib.
Nahəyət, sıra çatıb nəticəsi vacib oyuna. 2015-in sentyabrında, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində yığma Ta Qalidə Andorranın qonağı olanda UEFA bu matçın hakimliyini Lehnerə tapşırıb. Maraqlıdı ki, milli bu hakimin idarə etdiyi növbəti oyunda da qələbəyə həsrət qalıb – 2:2.
Yenə Avstriya və yenə rəqib Andorra. Lakin bu dəfə yoldaşlıq görüşü. 2016-nın mayında keçirilən bu oyunda qapılara top vurulmayıb və qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Avstriyalı referi yığmamızın 3 futbolçusunu “sarı” ilə cəzalandırıb.
Bu qədər yığma oyunundan sonra sıra çatıb kluba. Maraqlıdı ki, Lehner 5-ci cəhddə də Bakıya gəlməyib. “Qəbələ”nin Avroliqanın qrup mərhələsinin “Anderlext”lə səfər matçında fit çalıb. 2016/17 mövsümündə təmsilçimiz Belçikada bu komandanın qonağı olub, 1:3 hesabı ilə uduzanda qərarları Harald vermişdi. Asif Məmmədovla Rikardinyoya isə sarı vərəqə ilə xəbərdarlıq etmişdi.
Statistikadan da göründüyü kimi, adı çəkilən hakimin ayağı bizim üçün qətiyyən düşərli deyil. Hətta vəziyyət o qədər acınacaqlıdı ki, Allahın Andorrasına belə qalib gələ bilməmişik. Üstəgəl, azərbaycanlıların da iştirak edəcəyi 6-cı oyunu da səfərdə idarə edəcək. “Qarabağ”lılar kifayət qədər ehtiyatlı olmalı, ayağında “daş gəzdirən” hakimə mənfi qərar üçün əsas verməməlidilər.
Lehnerin şəxsi göstəricilərinə baxanda məlum olur ki, sarı və qırmızı vərəqə baxımından meydan sahiblərinə simpatiya bəsləyir. Yekun nəticə baxımından da meydan sahiblərinin üzünü güldürməyi sevir. Təsəvvür edin, idarə etdiyi 67 beynəlxalq görüşün 32-də ev sahibləri qələbə qazanıb. 23 oyun heç-heçə bitib. Yalnız 12 halda qonaqlar 3 xalın nə olduğunu bilib. Ümid edək ki, “Qarabağ” Lehner tilsimini qırmağı bacaracaq.
HƏBİB

Son xəbərlər

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Bütün xəbərlər