Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı
AÇ-2019-un seçmə mərhələsi
G qrupu
AZƏRBAYCAN – İsveç 3:2 (23:25, 19:25, 26:24, 25:22, 15:10)

Azərbaycan: Dmitri Obodnikov - 15, Rəsul İbrahimov - 14, Dmitri Baranov - 13, Pərviz Səmədov - 12, Vüqar Bayramov - 4, Andrey Vasilenko - 3, Aleksey Çervyakov - 3, Tural Həsənli - 2, Aqil Ağazadə - 1, Kənan Allahverdiyev (l), Vadim Kutukov, Elmin Alışanov, Emil Abdullayev, Asif Əliyev, İvan Kazaçkov, Cavid Süleymanov, Ruslan Əliyev, Vüsal Rüstəmov.
Baş məşqçi: Fərid Cəlalov.
İsveç: Nils Yon Markus Nilsson - 29, David Pettersson - 10, Yens Ahremark - 10, Fredrik Qustavsson - 5, Viktor Nielsen - 4, Linus Ekstrand - 4, Yohan Eriksson (l), Anton Viyk Teqenrot, Yoel Andersson, Steffan Blomqren, Auqust Borna, Vilhelm Nilsson, Filip Pettersson, Erik Sundberq, Viktor Lindberq, Yakob Link, Edvin Svard, Andreas Eriksson, Dardan Luştaku, Anton Ribom.
Baş məşqçi: Yohan İsaksson.
Hakimlər: Bülənt Bozkurt (Türkiyə), Tiran Şayno (İsrail).
15 avqust. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 550 tamaşaçı.
Oyunun vaxtı: 119 dəqiqə (28+22+29+26+14).
Dünən kişilərdən ibarət voleybol yığmamız Avropa çempionatının seçmə mərhələsinə start verdi. G qrupunda yer alan millimiz Dərnəgül Voleybol Mərkəzində İsveçlə üz-üzə gəldi. Skandinavlarla bunaqədərki iki qarşılaşmada sevinən tərəf rəqib olmuşdu. Qonaqlar Bakıya bu seriyanı davam etdirmək üçün gəlmişdi. Ancaq bu dəfə qarşılarındakı komanda daha püxtələşmiş, “bişmiş” kollektiv idi. Elə ilk setdə Fərid Cəlalovun komandası rəqibə asan yem olmadığını göstərdi. Setin ortalarında meydan sahibləri 16:13 öndə idi. Ancaq setin sonlarında Nils Yon Markus Nilssonun məhsuldar çıxışı fonunda qonaqlar üstünlü ələ alıb sevinən tərəf oldu. İkinci setdə azarkeşlər uzun müddət xala-xal prinsipinə şahidlik etdilər. Bu setdə Cəlalov zəif təsir bağışlayan Vüqar Bayramovun əvəzinə Andrey Vasilenkoya şans vermişdi. Amma bu dəyişiklik də setin sonluğunu gətirməyə yetmədi. Yenə də həlledici məqamda isveçlilər sevindi.
Artıq geridönüş üçün son fürsət idi. Belədə baş məşqçi radikal addım atmağa qərar verdi. O, təcrübəli toppaylayıcı Aleksey Çervyakovu gənc və enerjili Tural Həsənli ilə əvəzlədi. “Sərhədçi”nin üzvü təkcə oyunu ilə yox, həm də emosionallığıyla komandanı dirçəltdi. Birinci temp, sürətli hücumlara üstünlük verən Həsənlinin faydalı iş əmsalı 3-cü seti qazanmağımızla nəticələndi. Artıq yığmamız qarşısındakı rəqibin məğlubedilməz olmadığını anlayırdı. Boşuna deməyiblər ki, inam qələbənin yarısıdı. Əvəzində Yohan İsakssonun yetirmələrinin “kürkünə birə düşmüşdü”. Artıq servisləri də əvvəlki kimi qorxulu deyildi. Millimizin isə səhvləri minimuma enmişdi. Ancaq blokçularımızda bir çox epizodlarda lənglik hiss olunurdu. Hücumda isə yetərincə məhsuldar çıxış edirdilər. Təbii, bunda Turalın dəqiq ötürmələrinin də rolu az deyildi. 4-cü setdə komandamızın üstünlüyü daha bariz idi. Azarkeş dəstəyini də yanına alan voleybolçularımızı dayandırmaq isveçlilər üçün müşkülə çevrilmişdi. Belədə tay-brek qaçılmaz oldu. Həlledici setə skandinavlar 2:1 öndə başlasalar da, tezliklə təşəbbüs yığmamıza keçdi. Qısa vaxtda arada 5 xallıq fərq yarandı. Düzdü, İsakssonun götürdüyü fasilədən sonra fərqi 2 xaladək əridə bildilər. Ancaq bundan artığını bacarmadılar. Rəqibə blokda və hücumda göz açmağa imkan verməyən millimiz İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı. Qrupun digər oyununda Yunanıstan evdə Lüksemburqa qalib gəldi – 3:0.
Qeyd edək ki, 2-ci turun oyunları avqustun 18-də keçiriləcək İsveç – Yunanıstan, Lüksemburq – AZƏRBAYCAN.

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər