U-17-nin Qazaxıstanda keçiriləcək “Prezident kuboku”nda iştirak edəcəyini xəbər vermişdik. Qeyd edək ki, 6 komandanın mübarizə aparacağı yarıda milli Qazaxıstan və Qırğızıstanın U-17-ləri ilə birgə B qrupunda yer alıb. A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın U-16-sı mübarizə aparacaq. Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə təqvimə əsasən yığmamız meydana çıxmayacaq. Ramin Quliyevin yetirmələri növbəti gün, saat 16.00-da Qırğızıstanla üz-üzə gələcək. Azərbaycan – Qazaxıstan görüşü isə avqustun 26-da reallaşacaq və ilk oyunla eyni vaxtda start götürəcək.