Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzediciləri yoxlama oyununu keçirib. Vasif Haqverdiyevin komandası 1-ci diviziondakı rəqiblərindən “Qaradağ Lökbatan”a qalib gəlib – 2:0. “Sabah”ın hər iki qoluna Emil Qasımov imza atıb.