"Sabah” - “İmişli” oyununda xüsusi qonaq

1.09.2025 21:05 27
Ölkə futbolu
"Sabah” və “İmişli" arasında baş tutan oyunu izləyənlər arasında xüsusi qonaqlar da olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə "İmişli"nin mətbuat xidməti məlumat yayıb.

Argentina Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi - konsul cənab Leandro Daniel Verteramo və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov oyunu canlı izləyərək futbolçulara dəstək olublar.

Xatırladaq ki, sözügedən matç Aran təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.