Almaniyanın 3-cü liqasında 3-cü turun oyunları keçirilib. Yığmamızın sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” də növbəti matçına çıxıb. Bu komanda səfərdə “Kayzerslautern”lə qarşılaşıb. Münster klubu matçdan qəbələ ilə ayrılıb – 2:1. Rüfət də görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana çıxıb. “Proyssen” məhz futbolçumuzun meydanda olduğu dəqiqələrdə iki qol vurmaqla əzmkar qələbəyə sevinib. Dadaşovun formasını geydiyi Münster təmsilçisi hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb. “Proyssen” növbəti matçını avqustun 13-də evdə “Şportfroynde”nə qarşı keçirəcək.