İmişli - Turan Tovuz 0:1 (0:0)
33. Andrey Sinenka - 6,5
(1. Hüseynəli Quliyev, 90+6) - qiymətsiz
3. Tuncay Yusifli - 5,0
19. Azər Salahlı (k) - 5,5
17. Ezekyel Morqan - 5,0
6. Yau Mozes - 5,5
(21. Abbas Ağazadə, 73) - 5,0
11. Vüsal Qəmbərov - 6,0
(10. Nikola Karakliaç, 80) - qiymətsiz
94. Rafael Vieqas - 5,5
14. Ronaldo Rodriges - 5,0
9. Dioqo Almeyda - 5,0
(97. Xəzər Mahmudov, 90+6) - qiymətsiz
7. Juninyo - 5,5
(44. Həzrət Tağıyev, 90+6) - qiymətsiz
Ehtiyat oyunçular
99. İmam Əli
77. Elmir Rəhimzadə
22. İbrahim Əliyev
5. İdris İnqilablı
70. Mehdi Tahirov
27. Lətif Rzayev
30. Mürsəl Mürsəlli
Baş məşqçi: Jorje Kaskilya
Komandanın ən yaxşısı: Andrey Sinenka
1. Oleq Baklov - 5,5
2. Abdulla Rzayev - 5,5
(77. Veysəl Rzayev, 65) - 6,0
5. Roderik Miller - 5,5
15. Emmanuel Hakman - 5,5
32. Hayderson Urtado - 5,5
88. Faiq Hacıyev (k) - 5,0
19. Roberto Olabe - 7,0
11. Ayxan Hüseynov - 5,5
(29. Filip Ozobiç, 65) - 4,5
10. Xəyal Nəcəfov - 5,5
17. Rəhim Sadıxov - 5,0
(23. Alexandro Serrano, 80) - qiymətsiz
21. Aleks Souza - 4,5
(99. İbrahima Vaci, 65) - 4,5
Ehtiyat oyunçular
41. Sergey Samok
4. Şəhriyar Əliyev
6. Fərid Yusifli
44. Rüfət Əhmədov
Baş məşqçi: Kurban Berdıyev
Oyunun ən yaxşısı: Roberto Olabe
Qol: R.Olabe, 90+9 (V.Rzayev).
Vərəqələr: D.Rollo, 12 (qeyri-idman hərəkəti). Y.Mozes, 38 (qeyri-idman hərəkəti). A.Hüseynov, 37 (qeyri-idman hərəkəti). A.Rzayev, 44 (qeyri-idman hərəkəti). R.Olabe, 67 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakimin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
16 avqust. Şamaxı. Şəhər stadionu. 1900 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Oyuna marağın böyük olduğu stadionun qarşısındakı avtobusların və maşınların sayından da bəlli idi. Oyun heç bir komandaya doğma olmayan stadionda keçirilsə də, azarkeşlər canla-başla uzun yol qət etmişdi, komandalarını tək qoymaq istəməmişdi.
Oyun elə də sürətli başlamadı. İlk təhlükəli hücumu 5-ci dəqiqədə tovuzlular təşkil etdi. Rəhim Ayxana ötürmə verib-alandan sonra qapıya zərbə vursa da, top “çərçivə”dən aralı keçdi. 14-cü dəqiqədə Ayxan Hüseynov cərimə zərbəsini qeyri-dəqiq yerinə yetirdi. Bundan 4 dəqiqə sonra “çərçivə”yə ilk zərbəni izlədik. Urtadonun uzaqdan zərbəsindən sonra top Sinenkanın qucağında qaldı. Oyundakı ən kritik seyv 27-ci dəqiqəyə təsadüf etdiş Ayxanın qapı qarşısına asmasından sonra Rəhim “ikinci mərtəbə”də rəqiblərini üstələdi və başla zərbə vurdu. Amma Sinenka elə qurtarış etdi ki… İlk hissəyə artırılan dəqiqələrdə Souza da Sinenka səddini aşa bilmədi.
İkinci hissədə ilk təhlükəli vəziyyəti nominal ev sahibləri yaratdı. Juninyo düz penalti nöqtəsindən topu qapıya göndərə bilmədi. Hər kəs qol olacağını düşündü, tovuzlu azarkeşlər əlini başına aparıb məyus oldu. Lakin Juninyo belə gözəl fürsəti əldən verdi. Son dəqiqələr isə çox qarışıq oldu. “İmişli”nin qapıçısı və müdafiəçisi zədələndi. Uzun müddət oyun dayandı. Sonda azarkeşlərin görmək istəmədiyi Veysəl Rzayev sol cinahla irəlilədi və qapı önünə asma verdi. Meydanda ən yaxşılardan biri olan Olabe topu tora göndərdi. “Turan Tovuz” çətin qələbə qazandı. Belə oyunun və qələbənin tovuzlu azarkeşləri nə dərəcədə razı saldığını isə demək çətindi.
Gözdən qaçmadı
* “Ultras Turan” Şamaxıya doqquz avtobus gəlmişdi.
* Veysəl meydana çıxanda və hər dəfə topa toxunanda tovuzlu azarkeşlər onu fitə basırdı. Taleyin ironiyasına bax ki, yeganə qol məhz onun ötürməsindən sonra vuruldu.
* “İmişli”nin futbolçuları zədələnəndə klubda cəmi bir həkimin olduğu göründü, zədələnən digər futbolçuya “Turan Tovuz”un həkimləri yardım göstərdi.
MÜZƏFFƏR QULUZADƏ