“CBC Sport” telekanalı dörd nüfuzlu yarışın teleyayın hüququna yiyələnib. Telekanaldan verilən xəbərə görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, Millətlər Liqası və İspaniya La Liqasıdı. Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real” və "Atletiko" komandaları arasında keçiriləcək UEFA Superkuboku uğrunda görüşü də yayınlayacaq. Müqavilə 2018/19 mövsümündən qüvvəyə minəcək.
AÇ-2020 və DÇ-2022-nin seçmə mərhələ oyunlarını da məhz sözügedən telekanal tamaşaçılarına təqdim edəcək.
Telekanaldan həmçinin bildirilib ki, "CBC Sport" daha bir neçə nüfuzlu yarışın yayın hüququ ilə bağlı yaxın vaxtlarda müqavilələr imzalayacaq.
Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı "İdman Azərbaycan" yayınlayıb. Millətlər Liqası isə yeni yarışdı və sentyabrdan start götürəcək.