Milli komandamızın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın formasını geydiyi Qazaxıstanın “Astana” klubu da dünən Çempionlar Liqasında növbəti oyununu keçirib. Sözügedən klub “dogma divarlar” arasında bu turnirin 3-cü təsnifat mərhələsinin ilk matçında Zaqreb “Dinamo”su (Xorvatiya) ilə münasibətləri aydınlaşdırıb. Qarşılaşma futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Qəbələ”nin sabiq baş məşqçisi, hazırda “Astana”nın “sükanı arxasında” yer alan Roman Qriqorçuk bu oyunda Almeydaya da şans verib. Millimizin üzvü fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Zaqrebdə keçiriləcək.