“Qarabağ” səviyyəsini göstərdi” – Şimali Makedoniya mətbuatı tərif yağdırdı

15.08.2025 12:16 43
Aktual / Çempionlar Liqası
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bakıda “Şkendiya”nı darmadağın etməsi Şimali Makedoniyanın idman mətbuatında da işıqlandırılıb.

“Football-plus.az” “gol.mk” saytının şərhini təqdim edir:
“Keyfiyyət fərqi birinci hissədə özünü daha çox göstərdi. Hesabı açan “Şkendiya” olsa da, “Qarabağ” qısa zamanda “partladı” və ilk yarıda dörd qol vurdu. Komandalar fasiləyə yollananda “Şkendiya”nın Çempionlar Liqasında mübarizəni dayandıracağı bəlli idi. O başqa məsələ ki, Tetovo təmsilçisi oyuna möhtəşəm başlamışdı. “Qarabağ”ın xüsusilə Abdulla Zubir, Kadi Borges, Marko Yankoviç, Leandro Andrade, Kevin Medina kimi futbolçuları qarşısıalınmaz idi. Jeton Bekirinin ikinci hissəyə iki oyunçu dəyişikliyi ilə başlaması və komandasının müdafiədə daha etibarlı çıxış etməsi komandanı daha ağır zərbələrdən qorusa da, “Şkendiya”nın oyununda cidid dəyişiklik yaratmadı – “Qarabağ”ın cəhənnəm əzabına çevrilən hücumlarına müqavimət göstərmək çox çətin idi. Son 20 dəqiqədə temp bir qədər düşsə də, “Şkendiya”nın qol vurması mümkün olmadı. Rəqibin müdafiə sistemi qüsursuz işlədi. Beləliklə, “Qarabağ” səviyyəsini göstərdi və pley-offa adladı”.
KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul